Parabankın rəhbərliyi Avropaya səfər ediblər

img

21-10-2010 [02:50]


Parabankın İdarə Heyətinin Sədri V.Quliyev və Beynalxalq Əlaqələr üzrə Menecer T.Qasımov- bu ilin sentyabr ayının sonunda və oktyabr aylarının əvvələrində Avropaya səfər ediblər. Bankın nümayəndələri səfər çərçivəsində Mikromaliyyələşdirmə üzrə forumda iştirak ediblər və bir sıra biznes görüşləri keçiriblər. Səfər zamanı KfW, EFSE, PlaNİS və başqa təşkilatların rəhbərlikləri və nümayəndələri ilə görüşlər keçirilib. Bu görüşlərdə Parabanka texniki yardım və maliyyə dəstəyi verilməsi sahəsində danışıqlar aparılmışdır. Biz anlayırıq ki, kredit sahəsində daimi inkişaf üçün Bank müştərilərə sərfəli şərtlər təklif etməlidir. Bunları nəzərə alaraq, biz Xarici Maliyyə institutları ilə əməkdaşlığın inkişafına böyük önəm veririk və hal-hazırda aparıcı maliyyə institutları ilə danışıqlar aparırıq. Parabank ASC-nin sədri cənab V.Quliyev qeyd edir ki, Parabank Alman -Azərbaycan fondu ilə əməkdaşlıq yaradan ilk banklardan biri kimi hesab olunur və bu əməkdaşlıq bankın müştərilərinə münasib tariflərlə məhsullar və xidmətlər təklif etməyində müsbət addım olmuşdur. Həmçinin cənab Quliyev bildirdi ki, Mikromaliyyələşdirmə forumu çox mühüm mövzular - Mikromaliyyələşmənin inkşafı, Mikromaliyyələşmədə şəffaf qiymətqoyma prinsipləri, müştərinin qorunması prinsiplərə, aşırıdərəcədə borclanmanın qarşısının alınması prinsipləri üzərində diskussiyalar aparılmışdır. Hal-hazırda sözü gedən prinsiplər Bankın fəaliyyətində qorunur və bundan sonrada bankın stabil, davamlı və yüksək keyfiyyətli inkişafını təmin etmək üçün istifadə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA