Bu il Azərbaycanda ərzaq məhsulları 5,2 faiz bahalazıb

img

21-10-2010 [11:25]


Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda ümumdaxili məhsul istehsalı 4,1 faiz artıb. Sənaye məhsulları istehsalında isə 3,1 faiz artım qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə nəqliyyat, xarici və daxili ticarət, tikinti sektorunda da artım müşahidə olunub. Bu ilin ötən 9 ayı ərzində inşaat kompleksinə 15 faizə yaxın kapital qoyulub. Əhalinin gəlirləri 11 faizə yüksəlib, inflyasiya isə 5,2 faizə çatıb. Komitənin hesablamalarına görə, ilin geridə qalan dövründə Azərbaycanda ən çox bahalaşma ərzaq məhsullarında qeydə alınıb. Belə ki, ötən 9 ayda ən çox istifadə olunan ərzaq məhsullarının qiymətlərində ümumilikdə 5,2 faiz artım müşahidə olunub. Ərzaq məhsulları arasında isə ən çox qiymət artımı ət, yumurta, çörək, kartof, soğan və digər gündəlik tələbat mallarında baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA