?ipotekanın elektronlazması ilə yanazı ipoteka kreditlərinin verilməsinə ayrılan vəsaitlərin artırılmasına ehtiyac var?

img

19-10-2010 [03:19]


Azərbaycan İpoteka Fondu (AİF) yeni ? ?elektron ipoteka? layihəsi üzərində işləyir. Hansıki bu layihəyə əsasən, ipoteka kreditləşməsi üçün əhalinin müraciətləri, sənədlərin təqdim olunması tam şəkildə elektronlaşdırılacaq. Nəticədə proseslər insan faktoru olmadan həyata keçiriləcək. İnsanlar birbaşa banklara və banklar vasitəsilə AİF-ə müraciət edəcəklər. Onu da nəzərə çatdıraq ki, bu il oktyabr ayının 1-ə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 24,9 manata çatıb. Bu göstərici ötən ayın əvvəlində 24,2 manat, ilin əvvəlində isə 17,4 manat olub.Cari ilin ilk 9 ayında ölkə bankları tərəfindən əhaliyə AİF-in xəttilə ümumilikdə 73,5 milyon manat ipoteka krediti verilib. Bununla ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək verilən ipoteka kreditlərinin həcmi 225,7 milyon manata çatıb. Fond indiyədək bu kreditlərin 151,4 milyon manatını və ya 7,1 faizi təkrar maliyyələşdirib.Məlumat üçün qeyd edək ki, AİF-in fəaliyyəti üçün maliyyə vəsaitləri dövlət büdcəsindən ayrılır (güzəştli (sosial) ipoteka üçün) və fondun istiqrazlarının buraxılması yolu ilə əldə edilir. Bu il ipoteka məqsədləri ilə dövlət büdcəsindən 14 milyon manat ayrılması və 75 milyon manatlıq istiqrazların buraxılması nəzərdə tutulub. İstiqrazların yerləşdirilməsinə bu ilin fevralın 1-də başlanılıb və bugünə kimi 59 milyon manat həcmində istiqraz yerləşdirilib. Bu arada xatırladaq ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi bir müddət əvvəl ipoteka proqramının elektronlaşdırılmasını təklif etmişdi. AİF-in hazırladığı ?elektron ipoteka? layihəsinə münasibətini açıqlayan iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, yeni sistemin tətbiqi vətəndaşlarla müvəkkil banklar, ipoteka təqdim edən qurumlar arasında birbaşa əlaqənin azalmasına gətirib çıxara bilər: ?O baxımdan ipoteka kreditlərinin verilməsində elektron hökümətin elementlərinin tətbiqi olduqca vacibdir. ?Elektron ipoteka?nın tətbiqi bu sektorda formalaşmış əngəllərin aradan qalxmasına gətiirib çıxaracaq. İpoteka kreditlərinin verilməsi ilə bağlı problemlərdən biri müvəkkil bankların kreditləri tanışlıq və ya qeyri-rəsmi ödənişlərin müqabilində vermələridir. Bu da ipotekanın sosial proqram kimi fəlsəfəsinə ziddir?. V.Bayramov bildirir ki, ipoteka prosesinin elektronlaşması nəticəsində məmur və fərd anlayışı arxa plana keçəcək. Mütəxəssisin fikrincə, prosesin elektronlaşdırılması ilə yanaşı proqrama ayrılan vəsaitlərin həmci də artırılmalıdır: ?2010-cu ildə Azərbaycan İpoteka Fondu 75 milyon manatlıq adi ipoteka kreditinin, 14 milyon manatlıq isə sosial ipoteka kreditinin verilməsini həyata keçirəcək.Adi ipoteka kreditləri İpoteka Fondunun ipoteka istiqrazlarının satılması nəticəsində əldə etdiyi vəsaitlər hesabına maliyyələşdirirlir. Sosial ipoteka kreditləri isə dövlət büdcəsinin maliyyə vəsaitləri hesabına həyata keçirilir. O baxımdan ipotekanın elektronlaşması ilə yanaşı ipoteka kreditlərinin verilməsinə ayrılan vəsaitlərin də artırılmasına ehtiyac var. 2005-ci ilin sentyabrın 24-də ipoteka sisteminin yaradılması ilə bağlı ölkə prezidentinin imzaladığı sənəddə də qeyd edilirdi ki, İpoteka Fondu kreditlərin verilməsində dövlət büdcəsindən asılılığın aradan qaldırılması üçün prosesə institusional investorları, sığorta şirkətlərini cəlb etməlidir. Hələlik İpoteka Fondu istiqrazların yerləşdirilməsi vasitəsilə adi ipoteka kreditlərinin verilməsini həyata keçirir. Bu da ipoteka proqramına böyük həcmdə maliyyənin ayrılmasına imkan vermir. Müqayisə üçün bildirim ki, Litva Dövlət İpoteka Fondunun nizamnamə kapital 1, 3 milyard dollardır. Həmin vəsaitin əhəmiyyətli hissəsi büdcədənkənar vəsaitlər hesabına formalaşır. Digər inkişaf etmiş ölkələrdə olduğu Azərbaycanda Ipoteka Fondunun dövlət büdcəsindən kənar maliyyə mənbələrinə müraciət etməsi, həmin maliyyə mənbələri hesabına ipoteka kreditlərinin verilməsini təkmilləşdirməsi vacibdir?. İqtisadçı deyir ki, inkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycanda sığorta şirkətləri ipoteka kreditlərinin verilməsinə cəlb edilməyiblər. O həmçinin qeyd edir ki, sistemin təkmilləşdirilməsi ilə yanaşı ipoteka alanların sayının artırılmasını da mühüm sayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA