AiDP ilin sonuna qəbər maaz və pensiyaların yenidən artırılmasını təklif edir

img

19-10-2010 [12:23]


?Maaşlara və pensiyalara əlavə olunan 10 faizlik artım bazardakı qiymətlərə adekvat deyil. Üstəlik bu artımlardan sonra bazarda qiymətlər bir qədər də qaldırılıb?. Bu fikirləri AİDP sədri hacı Tahir Abbaslı deyib. O bildirib ki, hökumətin artımları müqabilində bazarda bəzi məhsulların qiyməti dəfələrlə artıb: ?Müşahidələrəmə əsasən deyə bilərəm ki, bu artımlar insanların rifahının yaxşılaşmasına xidmət edəcək səviyyədə deyil. Bunu hakimiyyət də yaxşı dərk edir. Hesab edirəm ki, hökumətin bu addımları parlament seçkisinə yöənlib?. AİDP sədrinin fikrincə, ilin ikinci yarısından etibarən neftin qiyməti artan xətlə gedib: ?Amma bunun müqabilində maaş və pensiyaların 10 faiz artırılması düzgün siyasət deyil. İqtisadçılar hesablayıblar ki, neftin 2 aylıq gəliri hesabına maaş və pensiyaları 2 dəfə artırmaq mümkündür?. T.Abbaslı hökuməti ilin sonuna kimi maaş və pensiyaları yenə artırmağa çağırıb: ?Çünki qiymətlər durmadan artır. 10 faizlik artım artıq bazarda heç bir əhəmyyət kəsb etmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA