Manatın məzənnəsi kəskin azağı düzə bilər

img

15-10-2010 [02:29]


?2011-ci ilin əvvəllərində Mərkəzi Bankın gizli devalvasiyaya getməsi mümkündür. Bankın pul-kredit siyasəti ilə bağlı açıqlamaları, korrektələri bundan xəbər verir. Manatın süni şəkildə möhkəmlənən məzənnəsi Mərkəzi Bankı bu məsələdə alternativsiz edib?. Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov açıqlamasında bildirb. Ekspertin sözlərinə görə, dünya bazarında dolların məzənnəsinin azalması dolların manata nisbətən də məzənnəsinin aşağı düşməsinə gətirib çıxarıb: ?Son iki həftədə dolların manata nisbətən məzənnəsi 4 faizə yaxın aşağı düşüb.Avronun zəifləməsi fonunda manatın möhkəmlənməsi müşahidə edilir. Bu arada Mərkəzi Bank rəhbərliyi pul-kredit siyasətinə baxılacağı istiqamətində açıqlamalar versə də hələlik manatın məzənnəsinin necə dəyişəcəyi, manatın məzənnəsi ilə bağlı Mərkəzi Bankın müdaxiləsinin necə olacağı yönündə açıq mənzərə yoxdur?. İqtisadçı-alim bildirir ki, Mərkəzi Bank rəhbərliyi manatın məzənnəsinin kəskin aşağı düşməyəcəyini, devalvasiyanın olmayacağıni bildirməsinə baxmayaraq manatın dollara nisbətən indiki məzənnəsi uzun müddət saxlanıla bilməz. Ekspertin fikrincə, bu iqtisadi baxımdan mümkün deyil: ?Əslində problem onunla bağlıdır ki, Mərkəzi Bank denominasiya dövründə manatın dollara nisbətən məzənnəsini müəyyənləşdirən zaman ciddi səhvə yol verib Əslində dollarla müqayisədə 1 manatın məzənnəsi ən azı 1 dollara bərabər götürülməli idi. İndiki siyasət süni yolla manatın möhkəmlənməsinə, eləcə də inkişaf etməkdə olan ölkə kimi Azərbaycanın iqtisadi potensialının tormuzlanmasına gətirib çıxarır?. V.Bayramov qeyd edir ki, manatın dollara nisbətən məzənnəsi qeyri-neft sektorunun inkişafı üçün də problemlər yaradır: ?Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı konservativ siyasət həyata keçirir. Problem ondan ibarətdir ki, manatın məzənnəsinin dollara nisbətən aşağı salınması manata olan inamın azalmasına gətirib çıxara bilər. Belə halda əhali öz yığımlarını manatla deyil başqa valyutalarla aparar.Manatın məzənnəsinin aşağı düşməsinin müsbət təsirləri də var. Bu yalnız yerli sahibkarların ixrac potensialının artması deyil, dövlət büdcəsinə daxilolmaların artımına səbəb olar. Yəni neft satışından ölkəyə daxil olan valyuta dollarla olduğu üçün manatla dövlət büdcəsinın gəlirlər hissəsinin artımına zəmin yaradar?. Ekspert deyir ki, manatın indiki məzənnəsi yerli fermerlərin qonşu ölkələrdə belə rəqabət aparmasına imkan vermir: ?Məsələn, 2010-cu ildə kənd təsərrüfatı istehsalı ilə məşğul olan fermerlərin ixrac problemi ilə üzləşməlrinin əsas səbəbi manatın möhkəmlənməsi fonunda qonşu ölkələrin valyutalarının dollara nisbətən zəifləməsi idi. Hansıki bu fermerlərin rəqabət imkanlarını tükəndirmişdi. Hətta azərbaycanlı fermerler Rusiya bazarlarında rəqabət aparmaq imkanlarına malik ola bilmədilər. Manatın möhkəmlənməsi qonşu ölkələrin bazarlarına çıxışı məhdudlaşdırdı?. Mərkəzi Bankın 2011-ci ilin əvvəllərində gizli devalvasiyaya gedəcəyini istisna etməyən V.Bayramov qurumun pul-kredit siyasəti ilə bağlı açıqlamalarının, korrektələrinin bundan xəbər verdiyini söyləyir: ?Bundan əlavə Mərkəzi Bankın alternativi yoxdur.Düzdür, bank manatın devalvasiyasının olmayacağını bildirir. Lakin dünyanın heç bir ölkəsində devalvasiyaya gedən Mərkəzi Banklar milli valyutaya olan inam itməsi təhlükəsini nəzərə alıb bu barədə öncədən açıqlamalar vermirlər?. Gizli devalvasiyanın mahiyyətini açıqlayan iqtisadçının dediyinə görə, Rusiyada insanlar səhər işə gedərkən milli valyutalarının məzənnəsinin aşağı düşməsinin şahidi olublar: ?Azərbaycanda da bu halın təkrarlanması halı böyükdür. İqtisadi və Sosial İnkişaf Mərkəzi hələ 2009-cu ilin aprel ayında antiböhran konsepsiyası hazırlayan zaman Mərkəzi Bankın yumşaq devalvasiyaya getməsini təklif etmişdi. Həmin vaxt dolların manata kəskin təzyiqi vardı.Mərkəzi Bank manatın sterilizasiyasını həyata keçirirdi.Yumşaq devalvasiya isə - manatın dollara nisbətən məzənnəsinin aylıq 1 faizdən çox olmayaraq azaldılması manata olan inamın kəskin aşağı düşməsinə,o cümlədən yığımların manatla deyil, digər valyitalarla aparılmasına təsir göstərməzdi. Təəssüf ki, Mərkəzi Bank yumşaq devalvasiya yolunu seçmədi. Səhv pul ?kredit siyasətini həyata keçirməkdə davam etdi?. Mütəxəssis hesab edir ki, Mərkəzi Bank yumşaq devalvasiya siyasətini həyata keçirmədiyi üçün gizli devalvasiya siyasətini həyata keçirməyə məcburdur:?Gizli devalvasiya baş verərsə Mərkəzi Bank səhəri gün manatın ən azı yaxın aylar və illər üçün məzənnəsinin yenidən dəyişilməyəcəyi ilə bağlı açıqlama verərək müəyyən öhdəlik götürəcək. Bu da birbaşa məhz belə devalvasiyadan sonra manata inamın aşağı düşməməsinə hesablanmış addım olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA