Rabitə və informasiya Texnologiyaları naziri Əli Abbasov Meksikada səfərdə olub

img

14-10-2010 [05:39]


Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov cari ilin 10-13 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Quadalaxara şəhərində keçirilən Beynəlxalq Telekomunikasiya İttifaqının Səlahiyyətli Konfransında iştirak etmək üçün Meksikada səfərdə olub. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyin Mətbuat Xidmətindən MİA-ya verilən məlumata görə, nazir Ə.Abbasov Quadalaxara şəhərində Konfransın işi çərçivəsində BTİ-nin Baş Katibi H.Ture və bir sıra dövlətlərin nümayəndə heyətləri ilə görüşlər keçirmiş, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Konfrans çərçivəsində Nazir Ə.Abbasov Afrika ölkələrinin toplantısında çıxış etmişdir. 2010-cu ilin 12-13 oktyabr tarixlərində Nazir Ə.Abbasov Meksikanın paytaxtı Mexiko şəhərində səfərdə olmuşdur. Mexiko şəhərinə səfər çərçivəsində Nazir Ə.Abbasov, Karlos Slimin rəhbərlik etdiyi ?Grupo Carso? birliyinin tərkibinə daxil olan Telmex və Telcel şirkətlərinin fəaliyyəti ilə tanışlıq xarakterli görüşlər keçirmiş, həmçinin Meksika paytaxtı Ali Məhkəməsinin sədri Edqar Elias Azar (Edgar Elías Azar) ilə görüşmüşdür. Mexiko Ali Məhkəməsinin sədri ilə görüşdə rabitə və informasiya texnologiyaları sahəsində investisiya qoyuluşlarının qorunması üçün hüquqi bazanın inkişaf etdirilməsi və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilmişdir. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Ə.Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Meksikanın Rabitə və Nəqliyyat Naziri Xuan Fransisko Molinar Orkasitas (Juan Francisco Molinar Horcasitas) ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan və Meksika arasında münasibətlərin inkişaf etdirilməsi, iki ölkənin rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi perspektivləri nəzərdən keçirilmişdir. Görüşün sonunda, Azərbaycan Respublikası və Meksika Birləşmiş Ştatları Hökumətləri arasında Telekommunikasiya və Rabitə və İnformasiya Texnologiyaları Sahəsində Əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Nazir Ə.Abbasovun Meksikaya səfəri çərçivəsində, həmçinin 2010-cu ildə Meksika Müstəqilliyinin 200 illik və İnqilabının 100 illik yubileyinin qeyd edilməsi münasibəti ilə Azərbaycan və Meksikanın poçt xidmətlərinin ?Tarixi yerlər? mövzusunda birgə hazırladığı ?Azərbaycan?Meksika Birgə Buraxılışı? poçt markalarının dövriyyəyə buraxılması ilə əlaqədar rəsmi təqdimat keçirilmişdir. Azərbaycan tərəfinin poçt markalarında qədim Atəşgah məbədi, Meksika Poçt Xidmətinin hazırladığı markalarda isə Ay Ehramı tarixi abidəsinin rəsmləri əks etdirilmişdir. Nazir Əli Abbasovun Meksikaya səfəri yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA