07-05-2018 [08:52]
Məhəmməd Talıblı
***
Ütülənmiş cəmiyyətlərdə orjinal insan xarakterləri "ağ qarğa” kimi görünər. Cızılımış xətlər içində var-gəl etmək "xor oxuyanlar” üçündür. "Solo” yolunu tutanlar isə səsi olanlar və "xordan” fərqli olmaq istəyənlərın cəsarət etdiyi yoldur.
Fuad Poladov teatr səhnəsində öz "səsi” və sözü olan aktyor idi. Buna görə Fuadı teatrdan uzaqlaşdırmaq kimi ağlagəlməz qərarla asılılıqda saxlayırdılar. Başının üstündə asılı qalmış "demokl qılıncı” ilə onu konstruktivləşdirmək niyyəti güdülürdü. Ram edilmək, oynadığı qəhrəman obrazlarını real həyata daşımamaq kimi şüuraltı mesajı ilə onunla ara məsəfəsi saxlayırdılar. Qəhrəmanları sındıran və onları heçə sayan sistem qaydaları Fuad Poladov xarakterdə insanları həzm edə bilməzdi. Sistemin mədəniyyət siyasətində tabular belədir: şeirlərində qəhrəmanlıqları şairin həyatında görməmək və oynadığı rolları şəxsi həyata daşımamaq kimi bir yarımçıq yaradıcı insan obrazı yaratmaq!
Fuad sənət nəhəngliliyi bu cızılan xətdə daxil ola bilməzdi. Tabuları qıran və axına qarşı üzmək cəsarətini özündə görən aktyor belə sistemin dostu ola bilməzdi. Bunlara görə Fuadı mədəniyyətimizin xaricdə təmsilçi simaları sırasında görə bilmirdik. Bu qədər nəhəng sənət adamını küsdürülmüş vəziyyəti ilə reallıqlarla barışdırmaq istəyirdilər. Onu özünüifadə meydanı daraldılmış bir məkana salmaqla alternativsizliyin işarəsini verirdilər.
İnsana yovuşmaz və özünəməxsus insan xarakteri təsiri bağışlayırdı. Bəzən də özündən razılıq əlaməti kimi görünə bilən daxili əminliyin və özünəgüvənin sərhəddini çoxları ayıra bilməkdə çətinlik çəkirdi. Fuad ömrünün sonuna qədər peşəsinin xarakterindən doğan və qaynaqlanan özünəməxsusluğu hamıyaməxsusluqla əvəzləmək kimi bir yerdəyişməni qəbul etmədi. O, özü kimi olmaq istəyirdi. Elə özü kimi qalmaq və dəyişilməmək kimi orjinallığını hər şeydən üstün tutdu. O, bizim cəmiyyətdə olan ənənəvi xarakter tiplərindən olmaq istəmirdi. O, bu "parnik” meyvələrinin cəmiyyət üçün GEN məhsulu olduğunu dərk etdiyi üçün bundan imtina etmişdi. Ona görə özünün xarakter fərqliliyindən uzaqlaşıb bizim cəmiyyət üçün xarakterik olan bomboz insan olmaq istəmirdi. Cəmiyyətimizin indiki halı onda daxili rahatsızlıq və pərişan hisslər formalaşdırmışdı. Bəlkə də buna görə biz onu hər zaman pessimist ovqatda görməyə vərdiş etmişdik.
Fuad Poladov hər zaman fərqli xarakterdə qarşımıza çıxardı. Təkcə tamaşalarda yaratdığı obrazlarla yox. Şəhərdə təsadüfən rastlaşdığımız epizodik situasiyalarda da yenə fərqli ampluada olardı. Yenə də harasa tələsən, zamanı tələsdirən və onu gözləyən yaradıcılıq planlarının arxasınca qaçan bir insan kimi... Sanki rahat və rəvan həyatın üzünü görməyən qaçaqaçda olan sənət fədaisi sakit həyata çoxdan yox demişdi.
Kədər onun ayrılmaz yoldaşı kimi, kölgəsi kimi addımlayırdı. Düşüncələr içərisində qərq olan, düşünməyə fasilə verməyi özünə yaraşdırmayan və beynində rahatlıq adası olmayan insan təsiri bağışlayırdı Fuad Poladov. Kədər yükünü sanki fərəhi hesab edirdi. Gülüşü də kədərdən sonrakı sevinci xatırladırdı.
Muşfiq Ötkünün "Tanımadığımız Konfutsi” əsərində maraqlı bir fikir yadıma düşdü: "Qağayının səsi” ("quan sui”) nəğməsində sevinc çılğınlığa, kədər isə ağlaşmaya keçmir”.
Bu fikrin interpretasiyasına müəllif belə məzmun verərək yazır: "Kədər ağlaşmaya çevriləndə nə olur ki? İtkilərin qəlb üçün bir sınaq olduğu unudulur. Kədər ağlaşmaya başlayanda ruh ümidsizlik qaranlığına düşür.”
Fuad Poladov kədəri ilə uzun illər baş-başa qalanda belə ona ictimaiyyəti qonaq etmədi. Özü kədərin istisində qıvrıldı. Onunla baş-başa qaldı. Ona pıçıldadı dərdlərini. Amma laqeyd cəmiyyətlə onları bölüşmədi. Rəsmi qurumlara da eyni münasibəti sərgilədi. Fuad Poladov xəstəliyi ilə bağlı demişdi: ”Öz həkimlərimə inamım var. Mən xalq artıstiyəm, necə gedim xaricdə deyim ki, mənim ölkəmdə həkimlər bacarmadılar, təsirləri olmadı. Bunu demək istəmirəm. Bahalı müalicədir. Amma heç kimdən kömək almıram. Ancaq öz gücüm çatanı edirəm.”
Bəs bizim vergilər hesabına formalaşdırdılan dövlət büdcəsindən niyə bu qədər nəhəng insanın sağlıq durumu üçün xərcləməyə qıyılmadı? İlhaməni şəhid adlandıran (Allah keçsin günahından!) mədəniyyət naziri niyə Fuad kimi nəhəngin dəfnində iştirak etmədi? Nə var, nə yox ki, Fuad Poladov nazirliyi yüngülvari tənqid edib. Gözləntiləri doğrulmadığı və effektivliyini görmədiyi üçün lap nazirliyi sərt tənqid edib. Dediyi söz də bu olub: "Bizdə Mədəniyyət Nazirliyi yoxdur. Turizm Nazirliyi var. Ummuram da onlardan”.
Nə olsun? Sən indi onun nəhəngliyinin üstündən görməməzlikdən gəlməlisən ki, bir nazirliyin fəaliyyətini tənqid edib? Bütöv bir millətə təmənnasız xidmətin nümunəsin yaradıb axı... Əyilməz qəhrəman obrazlarını şəxsi xarakterində oturdaraq şəxsiyyətin bütövlüyü örnəyi ilə mədəniyyət elitasının üzünü ağ edib axı...
İkiləşən şəxsiyyətlərdən bezən cəmiyyətdə məhz onun timsalında ümidlərinin tam dəfn edilməsinə imkan vermədi axı...
Xərçəng xəstəliyi onu ölümlə hər gün üz-üzə gətirirdi. Xəstəliyin zəiflətdiyi orqanizm xarakter kimliyini təsirləndirmirdi. Onu dəfələrlə televiziya verilişlərinə dəvət edib, müalicəsi üçün yardım təklifini əlinin arxası ilə geri qaytarmışdı. Fiziki diriliyi üçün mənəvi ölümü özünə yaraşdırmadı. Millətə dirilik nümunəsi yaradan bir kişinin xəstəliyi üçün inildəyən yazıq obrazı da onun xarakterinə yad idi. O, bacardığı və layiq bildiklərini edirdi. Sağa-sola baxmadan və gözünü qırpmadan. Bu da onun yolu idi.
Başını teatrlarda qataraq özünə qapanmamışdı. Özünü bilməməzliyə vurub cəmiyyətdəki çatışmamazlığı görməməzlikdən gəlmirdi. Teatrda qara pərdələrin bağladığı tamaşadan sonra onun cəmiyyət həyatı ilə təmasları başlayırdı. Kim ölüb, kim qalıb?
Cəmiyyətin yaxın keçmişinə retrospektiv nəzər və perspektivini dəyərləndirmək fürsəti onda hər zaman düşünmə ehtiyacı yaradardı. Teatrdan kənarda onun bir missiyası da var idi – VƏTƏNDAŞLIQ məsuliyyəti! Onun bu ictimai yükü bəlkə də peşəkarlıqdan öndə gəlirdi. Mühüm tədbirlərdə, o cümlədən milli məsələlərlə bağlı toplantılarda biz onu mövqeyi olan ziyalı kimi tanıyırdıq. Milli hissi olan insanlarla dostluğunu hər bir rəsmi qınağa rəğmən özü müəyyənləşdirirdi. Fuad Poladovun bu tip şəxsi seçimlərinə heç kim qarışa bilməzdi. Həm də buna görə mən Fuad Poladovu bir aktyor və şəxsiyyət kimi çox sevirdim.
Oynadığı rollar təkcə əsərlərin obrazları deyildi. O obrazlar sanki onun boyuna biçildiyi üçün daha çox effekt və rezonans doğrurdu. Həmin qəhrəman rollar aktyorun öz adını bizə unutdurmuşdu. Ona görə, bəzən onun özünü oynadığı rolları və qəhrəmanların adları ilə tanıyırıq. Özünün şəxsiyyət kimliyini qəhrəmanlarının kölgəsində gizlətmirdi. Onu özünə yaraşdırmırdı. Çünki, həm oynadığı rollar, həm də özü qəhrəman idi.
Onun tamaşasına sonuncu dəfə canlı olaraq "Kleopatra”sına getmişdim. Oynadığı rolun mətni bir yana, onun fəryad çəkən canlı səsi uzun aylar qulağımdan getmədi. Daha növbəti tamaşaları nə vaxt olacaq sualı əvvəlcədən bilet almaq həvəsinə insanı tələsdirirdi. Yenə həyat şərtləri və zaman qıtlığı bizə tamaşalara getməkdə pauza yaradırdı. Onu sanki hər gün görə biləcəyik ümidi günlərimizi biri-birinə calayırdı. Daha inana bilmirdik ki, fələk seçilmişləri bizlərdən soruşmadan bir anda aparır. Fuad Poladovu da bir göz qırpımında aramızdan apardı. İnildəmədən və sızlamadan. Gözünü qırpmadan və kömək gözləmədən. Ona dimdik duruşlu ölüm yaraşırdı.
Allah rəhmət eləsin!
Zakir Qaralova ağır itki üz verib
"Fənərbağça" "Konyaspor"a göz aşmağa imkan vermədi
“Gizir Xanı”ya şəhidlik statusu verilib
"Sakaryaspor" qələbəni 3 qolla qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Müəllim sözünü düz yazmayan adamlarla sağollaşmışıq" - "Əgər şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik"
Türk F-16-sı Qara dənizdən gələn dronu vurub - MN açıqladı
Anar Ələkbərov Xalq şairi Ramiz Rövşənin evində qonaq olub - FOTO
DAHA BİR GENERAL VƏZİFƏDƏN ÇIXARILDI - Bəylər Eyyubovun qardaşı oğlu yola salındı (FOTO)
HAKAN FİDANIN ÜZÜ ƏMƏLİYYATLA DƏYİŞDİRİLİB? - Nazir canlı yayımda suala belə cavab verdi (VİDEO)
Türkiyə parlamentində Öcalanla bağlı qızğın mübahisə - Millətçi deputat "şərəfsizdir" dedi, DEM-lilər səs-küy saldı (VİDEO)
Hakan Fidan Qətərin Baş naziri ilə müzakirə aparıb - Qəzza ilə bağlı
Sabiq deputat Gültəkin Hacıbəyli deportasiya olunacaq - Türkiyədən
Vüqar Əhməd saxlanılıb? - Açıqlama
Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar tapılıb - Rəsmi açıqlama yayıldı
İcra başçılarının oğlanları, nazir müavini... - General rütbəsi alanlar kimlərdir? (FOTO)
Lotereyanın şanslı qalibi “Zeekr 001”-in açarını təhvil aldı!
Qəzzada itkilər artıb
İsrail hərbçiləri Suriya ərazisində yeni post qurub
Gəlin qayınanasını boğaraq öldürüb? - Biləsuvarda... (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Hərbi ekspert "Kontakt home" məhkəməyə verdi: "Müştərilərini necə aldatdıqları, fırıldaqçılıq..."
Deputatın oğlu boşanır: gəlin fantastik təzminat və aliment tələb etdi, oğlu isə...
Azərbaycan Universitetində döşəmə çöküb - Bir tələbə xəsarət alıb
Türkiyə parlamentində gərginlik - Türkeşin qızı "O, qatil kimi gəbərəcək" dedi, ara qarışdı
Türkiyədə daha bir zəlzələ oldu - 4.2 bal gücündə
Burak Yılmaz istefa verdi
General, polkovnik... - Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
"Xəbər bizi olduqca sarsıtdı" - İlham Əliyev
İlham Əliyev altı ölkə ilə viza ləğvi barədə sazişləri təsdiqləyib
Yeni Təşkilat Komitəsi yaradıldı, onlara vəzifə verildi - Sərəncam
ONLARA ALİ HƏRBİ VƏ ALİ XÜSUSİ RÜTBƏLƏR VERİLDİ - Sərəncam + SİYAHI
Naxçıvan Ali Məhkəməsinə sədri təyin olunub
Mikayıl Cabbarova daha bir vəzifə verildi - Sərəncam
Sabah leysan yağacaq - Xəbərdarlıq
Prezident İlham Əliyevdən fərman: idxal-ixrac, tranzit, nəqliyyat və... - Dəyişiklik
"Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə..." - Şirkət açıqlama yaydı
Eldar Mahmudovun əmisi oğlu vəzifəyə təyin edildi
Sabah yağışlı hava olacaq
Dövlət Neft Fondunun 2026-cı il büdcəsi üzrə rəy təsdiqlənib
"Azercell" növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yeniləyib
Direktor rektor və müdirə təşəkkür edib