Saxlama müddəti ötmüz 600 kq ərzaq malları satızdan çıxarılıb

img

07-10-2010 [05:46]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdən verilən məlumata görə, monitorinq zamanı Bakının Xətai rayonunda Naximov küçəsi, 13 ünvanında Fazil Almazova məxsus mağazada, ?Sadiq market?də və Nobar Əhmədovaya məxsus mağazada, Zığ şossesi, ev 12A ünvanında yerləşən ?Ulduz Düzümü? MMC-yə məxsus mağazada, Cavanşir küçəsindəki ?Sizin market?də, R.Məmmədov küçəsi, 20 ünvanında yerləşən ?Sevimli market?də, Gəncə prospekti, ev 73 ünvanındakı ?Şirin market?də, Nizami rayonunda R.Rüstəmov küçəsi, ev 25/28 ünvanında yerləşən ?Türkoğlu Lahmancun? kafesində, Sabunçu rayonunda Kürdəxanı qəsəbəsindəki ?Şahin market?də və Meyvə Tingliyi, ev 21 ünvanında yerləşən ?Orxan market?də, Kürdəxanı-Pirşağı yolunda yerləşən ?İl market?də və ?Mərkəz market?də, Abşeron rayonunda Məhəmmədli qəsəbəsindəki ?Abşeron market?də, Binəqədi rayonunda Binəqədi şossesində yerləşən ?Çıraq? restoranında, C.Xəndan küçəsi, ev 50, mənzil 1 ünvanındakı ?Bakı? restoranında, Yasamal rayonunda Z.Əhmədbəyov küçəsi, ev 9 ünvanında yerləşən ?I paralel market?də, Xaçmaz rayonunda Yergüc kəndində Valeh Quliyevə məxsus mağazada, Zaqatala rayonunda Yuxarı Tala kəndində yerləşən ?Bizim market?də, Gəncə şəhərində İ. Qayıbov küçəsi, 193 ünvanında Elnur Zeynalova məxsus mağazada, Sadıllı qəsəbəsində Almas Verdiyevaya məxsus mağazada, D. Qorqud küçəsində Vüqar Hüseynova məxsus topdansatış mağazasında, D. Qorqud küçəsi, 84 ilə H.Əliyev küçəsinin kəsişməsində Elşən Ələkbərova məxsus mağazada, Keçid küçəsi, ev 32A ünvanında İradə Məmmədovaya məxsus mağazada, Ş. İ. Xətai prospektində yerləşən ?İlkin market?də, Quba rayonunda Fətəli Xan küçəsində yerləşən ?Bahar market?də, Ağdam rayonunda Quzanlı qəsəbəsində Nəsir Şükürova məxsus mağazada, Bərdə rayonunda Nizami küçəsində Xəyyam Rüstəmova məxsus mağazada, ümumi çəkisi 600 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, un məmulatları, konservləşdirilmiş məhsullar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA