Vüqar Bayramov: ?Dövlət gəlirlərinin formalazmasında qaz satızından daxilolmalar kəskin arta bilər?

img

07-10-2010 [02:04]


Dünən bp və Azərbaycan Dövlət Neft Şirkəti arasında Xəzərdəki ?Şəfəq-Asiman? perspektiv strukturunun birgə geoloji kəşviyyatı və işlənməsi haqqında Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Saziş Bakıda səfərdə olan bp şirkətinin yeni prezidenti Robert Dadlinin iştirakı ilə Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və ?bp-Azerbaycan?ın prezidenti Rəşid Cavanşir tərəfindən imzalanıb. Sənədə əsasən,sazişə "BP Exploration Caspian Sea" şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya, ARDNŞ isə qalan 50% paya malikdir. Bu arada "Şəfəq-Asiman" perspektiv strukturun birgə geoloji kəşfiyyatı və işlənməsi prosesi 4 il çəkəcək. Lazım gəldiyi təqdirdə müddət daha 3 il uzadılacaq. Məlumat üçün bildirək ki, "Şəfəq-Asiman" strukturu Bakıdan 125 kilometr cənub-şərqdə yerləşir. Bu blokda indiyədək heç bir geoloji-kəşfiyyat işləri aparılmayıb. Yeni sazişlə bağlı rəyini bildirən iqtisadçı-ekspert Vüqar Bayramov "Şəfəq-Asiman" yatağında yarım trilyon kubmetrə yaxın mavi qaz ehtiyatlarının olduğunun güman edildiyini söyləyir: ?Yataqda kəşfiyyat işlərinə 2011-ci ildə başlanması gözlənilir. bp-nin yeni prezidentinin ölkəyə gəlməsi praktiki ondan xəbər verir ki, şirkət Azərbaycanla əlaqələrini inkişaf etdirmək niyyətindədir. Yeri gəlmişkən, bp 10 milyard dollarlıq səhiminin satışa çıxarılması ilə bağlı qərar qəbul edib və şirkət səhmlərinin hansı investorlar tərəfindən alınmasında kifayət qədər maraqlıdır. Çalışır ki, səhmləri heç də arzuolunmaz dövlətlərin və ya investorların əlinə düşməsin. O baxımdan Robert Dadlinin səfəri çərçivəsində səhmlərin bir qisminin Dövlət Neft Fondu tərəfindən alınması məsələsinin müzakirə ediləcəyi güman edilir?. bp-nin özünün bu məsələdə maraqlı olduğunu vurğulayan iqtisadçı həmçinin qeyd edir ki, şirkətin Azərbaycandakı payının satılması məsələsi də müzakirə mövzularındandır: ?Hələ bir müddən öncə şirkətdə baş verən böhranla bağlı bp paylarının bir hissəsini satışa çıxarmaq niyyətində idi. Hətta bununla bağlı qeyri-rəsmi də olsa açıqlamalar verilmişdi. Lakin sonradan Rusiya şirkətlərinin həmin səhmlərin alınmasına ciddi maraq göstərmələri bp-ni fikirdən daşındırdı. Qərb ölkələri də bp-nin bu planını birmənalı qarşılamadılar. Nəticədə şirkət Azərbaycanda olan yataqların satılması məsələsini gündəmdən çıxardı?. Bununla belə iqtisadçı səhmlərin satışının tezliklə həyata keçiriləcəyini güman etmir: ?Rusiya şirkətləri bp-nin Azərbaycandakı paylarının alınmasına ciddi maraq göstərirlər. bp prezidentinin səfəri çərçivəsində diqqəti çəkən məqamlardan biri ?Şəfəq-Asiman? perspektiv strukturunun birgə geoloji kəşviyyatı və işlənməsi haqqında Hasilatın Pay Bölgüsü sazişidir. Saziş Azərbaycanın qaz hasilatının kəskin artması baxımından əhəmiyyətlidir. Söhbət ölkənin qaz ehtiyatları qiymətləndirilən zaman aşkarlanmayan yatağın işlənməsindən gedir?. V.Bayramov bildirir ki, sözügedən yataqda yarım trilyon kubmetrə yaxın mavi qaz ehtiyatlarının olması Azərbaycanın qaz hasilatının kəskin artacağına dəlalət edir.Onun sözlərinə görə, ölkənin qaz ixracatı qısa müddətdə 50 milyard kubmetrə çata bilər: ?Bu dövlət gəlirlərinin formalaşmasında qaz satışından daxilolmaların kəskin artımına gətirib çıxaracaq. O cümlədən Transxəzər layihələrinin reallaşmasında əhəmiyyətli addım olacaq?. Ekspert hesab edir ki, bu müqavilə Azərbaycanı bölgənin əsas aparıcı qaz hasilatçılarından birinə çevrilməsinə imkan verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA