?Bank of Baku? Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil izçilərinə güzəztli kredit təklif edir

img

05-10-2010 [11:33]


?Bank of Baku? 5 oktyabr ? Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan müəllimlərinə ?Bizim dəyərli müəllimlərimizə!? şüarı altında yeni bir kampaniyaya start verir. Bankın mətbuat xidmətindən verilən məlumata görə, bank dəyərli müəllimlər üçün sərfəli kredit şərtlərindən faydalanmağı təklif edir. Beləliklə, kampaniya 5 ? 31 oktyabr 2010-cu il tarixlərində keçiriləcək. Kampaniyanın əsas üstünlüklərindən biri ondan ibarətdir ki, ?Bank of Baku?nun ?Nağd pul? kredit məhsulundan faydalanan müəllim-müştərilər üçün bu kampaniyada faiz dərəcələrində 2 faiz endirim nəzərdə tutulub. Kampaniyanın şərtlərinə əsasən təklif olunan kreditin maksimal müddəti - 24 ay, maksimal məbləğ - yeni müştərilər üçün 4000$, təkrar müştərilər üçün isə 4500$ təşkil edir. Əgər məbləğ 1500$-dan artıq olarsa, zaminlik vacibdir. Qeyd edək ki, kampaniyanın şərtlərindən yalnız bankın filialları ilə təmsil olunduğu regionlarda qeydiyyatda olan təhsil işçiləri faydalana bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA