Azərbaycanda 9400-dən çox ahıl pensiyaçı var

img

01-10-2010 [12:55]


Azərbaycanda yaşı 90-dan artıq 9400-dən çox ahıl pensiyaçı var. Dövlət Sosial Müdafiə Fondu 1 oktyabr Beynəlxalq Ahıllar Günü ilə bağlı açıqlama yayıb. MİA-ya daxil olan açıqlamada qeyd olunur ki, Azərbaycanda əmək pensiyaçılarının 371 mindən çoxu ahıl vətəndaşlardır. Onların təxminən 1/3-i kişilər, əksəriyyəti qadınlardır. Ahıl pensiyaçıların çoxu 70-80, daha sonra 80-90 yaş arası, 9401 nəfəri isə 90-dan artıq yaşı olan vətəndaşlardır. ?Ahıllara sosial xidmət haqqında? qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan vətəndaşları ahıl hesab olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA