Vüqar Bayramov Azərbaycanın iqtisadi inkizafını Modelləzdirəcək

img

30-09-2010 [02:33]


Böyük Britaniyanın Kral Akademiyası Azərbaycanın iqtisadi inkişafinın modelləşdirilməsi ilə bağlı yeni layihənin icrasına başlayıb. Bu layihəyə Akademiyanın yeganə azərbaycanlı üzvü, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) idarə heyətinin sədriVüqar Bayramov rəhbərlik edəcək. Nəzərə çatdıraq ki, ölkənin iqtisadi inkişafının modelləşdirilməsində Böyük Britaniyanın Kral Akademiyasının elmi potensialından istifadə olunacaq. Layihədə yalnız azərbaycanlı ekspert deyil, o cümlədən İtaliya, Yunanıstan, İsveçrə, Amerika Birləşmiş Ştatlarını təmsil edən professorlar da iştirak edəcəklər. Layihənin məqsədləri barədə danışan İSİM rəhbəri Vüqar Bayramov bildirir ki, hazırlanacaq modelləşdirmənin iqtisadi inkişaf modeli kimi təsdiqinə də nail olunması qərarlaşdırılıb: ?Layihə çərçivəsində daha çox Azərbaycan iqtisadiyyatının indiki vəziyyəti, eləcə də inkişaf meyilləri modelləşdiriləcək. Bu zaman həm beynəlxalq, həm də müxtəlif modellərdən istifadə ediləcək ki, iqtisadi prosersləri modelləşdirmək mümkün olsun?. V.Bayramovun sözlərinə görə, layihənin digər layihələrdən fərqi Azərbaycanın iqtisadi inkişafının modelləşdirilməsinə və beynəlxalq İFC sisteminə daxil edilməsinə imkan verməsi olacaq: ?İqtisadi inkişafın modelləşdirilməsi aparıldıqdan sonra onun ingilis, fransız, eləcə də digər aparıcı dillərə tərcüməsi nəzərdə tutulur. Bundan sonra modelin beynəlxalq elmi standartlara uyğun olaraq kodlaşdırılması planlaşdırılır. Həmin kodlaşdırma aparılan işın müxtəlif tədqiqaçılar tərəfindən hazırlanan elmi işlərə daxil edilməsinə imkan verəcək. Nəzərə alsaq ki, idiyədək Azərbaycanda iqtisadi inkişafın modelləşdirilməsi həyata keçirilməyib və bu barədə yalnız ümumi prinsiplərə əsaslanan fəaliyyətlər olub, sözügedən layihə ölkəmiz üçün vacibdir Layihə Azərbaycanın iqtisadi inkişaf modelinin beynəlxalq modellər sırasına daxil olmasına imkan verəcək. Nəticədə model daha çox tədqiqatçının, dölətlərin istinad sənədinə, ondan yararlanmasına şərait yarada bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA