Taxtanın qiyməti bahalazmaqda davam edir

img

29-09-2010 [11:28]


Avqust ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ağacın emalı və ağacdan məmulatların istehsalı üzrə 3,8 faiz, mebellərin istehsalı üzrə 1,2 faiz qiymət artımı baş verib. Ekspert rəylərinə görə, son 1 ayda 1 kubmetr taxtanın qiyməti 15 faizə qədər bahalaşıb. Hansıki bu da taxta və ondan hazırlanan məhsulların qiymətinə təsirsiz ötüşməyə bilməzdi. İqtisadçı-ekspert Vüqar Bayramovun rəyinə görə, taxtanın bahalaşması Rusiyada baş verən yanğınlarla bağlıdır. Belə ki, Azərbaycanın taxta idxalında Rusiyanın payı 90 faiz təşkil etdiyindən və yanğınlar ixracda müəyyən problemlər yaratdığından proses bazara təsir göstərib: ?Bununla belə Azərbaycandakı son qiymət artımları təkcə Rusiyada baş verən yanğınlarla bağlı deyil.Mövsümlə əlaqədar taxtaya tələbatın artımı müşahidə edilir?. Mütəxəssis Rusiyada baş vermiş yanğınların Azərbaycanda taxtaya olan tələbatın ödənilməsində müəyyən problemlər yarada biləcəyini istisna etmir: ?Bütün hallarda yanğınlar Rusiyadan gətirilən taxtanın həcminin azalmasına səbəb olub. Yeri gəlmişkən Rusiyada da yalnız taxta qıtlığı deyil, taxtaya tələbatın artımı müşahidə edilir Bu da son bir ayda Rusiyada taxtanın qiymətinin 8 faiz artımına gətirib çıxarıb. Nəzərər alsaq ki, Azərbaycanın taxtaya olan tələbatının 90 faizi Rusiyadan gətirilən taxta hesabına ödənilir bu artım Azərbaycanda taxtanın qiymətinin bahalaşmasına təsir göstərməli idi?. V.Bayramov yaxın vaxtlarda da taxtanını qiymətində artımların müşahidə ediləcəyini istisna etmir: ?Çünki, Rusiyada qiymət artımları davam edir. Baş vermiş yağınlar taxta qıtlığına və taxtaya olan tələbatın ödənilməməsində müəyyən problemlər yaradıb. Bununla yanaşı nəqliyyat xərcləri də bahalaşıb.Adətən oktyabr ayından başlayaraq nəqliyyat xərclərində mövsümi və ya iqlim şəraiti ilə bağlı artımlar müşahidə edilir?. Bu arada iqtisadçı ilin sonuna qədər taxtanın qiymətində daha 10 faiz artımın baş verəcəyini söyləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA