?Parabank? ASC Baku Business School ilə birgə əməkdazlığa bazladılar

img

28-09-2010 [12:09]


Öz kadr ehtiyatını təkmilləşdirmək siyasətini üstün tutaraq Parabank, Baku Business School (BBS) ilə əməkdaşlığa başladı. Bu əməkdaşlığın məqsədi Parabank üçün yüksək ixtisaslı kadrların hazırlanmasıdır. 23 sentyabr 2010 -cu il tarixində imzalanan saziş Bank sahəsində mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Saziş, öz gələcək karyeralarını Parabankda görmək istəyən şəxslərə üçündür. Bugünkü gündə ?BBS? ?Parabank? üçün Kredit mütəxəssislərinin hazırlanması üzrə proqram həyata keçirir. Bu treninqlərin üstün cəhəti ondan ibarətdir ki təlim dövründə iştirakçılara nəzəriyyə ilə yanaşı real iş şəraitində təcrübə də təşkil edilir. Cari ilin dekabr ayında isə əməliyyatçı və CRM (Müştərilərlə Əlaqə Menecmenti) vəzifələrinə də təlimlərin keçirilməsi planlaşdırılır. Parabank respublikanın stabil və qabaqcıl banklarından biridir. BBS ilə qurulan bu əməkdaşlıq, Parabank-da iş keyfiyyətinin artırılmasına və müştərilərə göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə şərait yaradacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA