?flydubai? zirkəti təyyarələrin alınması ilə bağlı 750 milyon dollarlıq saziz imzalayıb

img

25-09-2010 [01:49]


Dubayın ilk qənaətcil hava yolları olan ?flydubai? şirkəti GECAS (General Electric Capital Aviation Services) və BBAM şirkəti ilə dəyəri 750 milyon dollardan çox olan saziş imzalayıb. Saziş yeni təyyarələrin alınmasının maliyyələşdirilməsini nəzərdə tutur. Maliyyə sazişi ?flydubai? şirkətinə növbəti 9 təyyarəni almağa imkan verəcək və 2011-ci ilin iyun ayına kimi şirkətin bütün maliyyə məsələlərinin həllini təmin edəcək. ?flydubai? şirkətinin Baş Direktoru Qeyt Əl Qeyt bildirib: ?Mən çox məmnunam ki, bu gün bu maliyyə sazişini elan edirəm. Bu müqavilələr ?flydubai? şirkəti üçün çox önəmlidir, belə ki, bu vəsaitlər bizə növbəti 9 təyyarəni almağa imkan verəcək və gələn ilin iyun ayına kimi bizim bütün maliyyə tələbatlarımızı təmin edəcək?. ?Bizim artıq GECAS və BBAM ilə sazişimiz var. Və bu şirkətlərin bizimlə olan əlaqələrini daha da genişləndirmələri göstərir ki, onlar ?flydubai? şirkətinin indiyə qədər olan fəaliyyətindən razıdırlar. Bu şirkətlər dünyada ən böyük təyyarə maliyyəçilərindən biridirlər və onların ?flydubai? şirkətinə olan inamı bizə və bizim uğurlara göstərilən böyük dəstəkdir?. Hər iki razılaşma 8 illik satış və sonradan kirayə razılaşmalarıdır. İmzalanan razılaşma ?flydubai? şirkətinin GECAS tərəfindən maliyyələşən təyyarələrinin sayının 10-a çatmasına imkan verəcək. BBAM isə daha 3 təyyarənin alınmasına vəsait ayırmaqla maliyyələşdirdiyi təyyarələrin ümumi sayını 6-ya çatdırıb. GECAS-ın Baş Direktoru və Prezidenti Norm Lui söyləyib: ?İlk 15 aylıq fəaliyyəti dövründə ?flydubai? şirkəti gələcək inkişaf üçün möhkəm bünövrə yaradıb. GECAS bu cür sürətlə inkişaf edən bir hava yolları ilə əməkdaşlıq etməkdən və maliyyə dəstəyi göstərməkdən məmnunluq duyur?. BBAM?ın Prezidenti Stiv Zissis bildirib: ?Biz ?flydubai? şirkəti ilə maliyyələşdirmə haqda ilk sazişimizi imzaladığımız bir ərəfədə hava yolları Fərnboroda 50 ədəd Boinq 737-800NGs təyyarəsini sifariş etdi. Bizim ?flydubai? şirkəti ilə əməkdaşlığımız BBAM-ın qlobal əməliyyatlarının genişlənməsinə və hava yollarının problemlərinin həllinə dəstək verə bildiyimizə əla misaldır?. ?flydubai? şirkəti uçuşlara 2009-cu il iyunun 1-dən başlayıb. Həmin vaxtdan etibarən şirkətin hava donanmasındakı təyyarələrinin sayı artaraq 9-a çatıb. Şirkətin təyyarələri Dubaydan 5 saatlıq radiusda olan 22 istiqamətdə uçuşlar edir. Daha 4 ədəd təyyarənin bu ilin sonuna kimi alınacağı gözlənilir. Təyyarələr Lumexis şirkətinin istehsalı olan yeni Boeing Sky Interior 737-800NG əyləncə sistemi ilə təchiz ediləcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA