?Azəriqaz? istehsalat Birliyi əhalini ehtiyatlı olmağa çağırır

img

25-09-2010 [11:11]


?Azəriqaz? İstehsalat Birliyi ölkə əhalisinə müraciət edib. MİA-nın xəbərinə görə, müraciət ARDNŞ-in internet saytında yerləşdirilib. Müraciətdə deyilir ki, son dövrlər ?Azəriqaz? İstehsalat Birliyində aparılan genişmiqyaslı işlər, həyata keçirilən texniki tədbirlər nəticəsində ölkənin qaz təchizatı sistemində texnoloji proseslər xeyli təkmilləşdirilib, təbii qazın həcminin və təzyiqinin artırılmasına nail olunub: ?Birlik tərəfindən mütəmadi olaraq aparılan təbliğat işlərinə baxmayaraq, hələ də respublika ərazisində təbii qazdan düzgün istifadə edilməsi qaydalarının pozulması hallarına rast gəlinir. Payız-qış mövsümündə təbii qaza olan tələbatın artmasını, eləcə də bir çox arzuolunmaz hadisələrin yarana biləcəyini nəzərə alaraq, ?Azəriqaz? İB-nin mütəxəssisləri qaz təsərrüfatında təhlükəsizlik qaydalarına riayət edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirirlər. Bu məqsədlə, ?Azəriqaz? İB istehlakçılardan ictimai binalarda, yaşayış evlərində, təhsil, səhiyyə obyektlərində, idarə və müəssisələrdə təbii qazdan istifadə edən zamanı diqqətli olmaları üçün texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyə olunur. ?Qazdan istifadə Qaydaları?na riayət etməklə abonentlər nəzərə almalıdırlar ki, mənzilə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə edilməməli, qaz cihazlarını işə salmazdan qabaq otağın havası dəyişilməli, qaz iyinin olmadığı yəqin edilməlidir?. ?Azəriqaz? abonentləri qaz iyi hiss etdikdə isə dərhal bütün kranları bağlamağa, mənzilin havasını dəyişdirməyə və Mərkəzi Qaz Qəza Xidmətinə - 104 nömrəli telefona xəbər verilməyə çağırır: ?Qaz cihazlarını nəzarətsiz qoymaq, kiçik yaşlı uşaqlara, xəstələrə, qocalara qaz cihazlarını etibar etmək həyat üçün təhlükəlidir. Mənzillərdə qaz borularından digər məişət xidmətləri üçün istifadə etmək düzgün deyil. Qaz cihazları olan otaqda tez alışan məhsulların yerləşdirilməsi və saxlanılması, eləcə də qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması qəti qadağandır. Bütün qaz boruları və qaz cihazlarının profilaktik xidmətlər üçün əl çatan və görünən yerlərdə quraşdırılması məqsədəuyğundur. Qaz sobalarının tüstü bacaları, mətbəx və hamam otaqlarının hava dəyişmə yolları qış mövsümü başlamadan əvvəl təmizlənməli və işlək vəziyyətə gətirilməlidir. Uzun müddətə evi tərk etdikdə qaz cihazlarının bütün ventilləri bağlanmalıdır. Təhsil, səhiyyə, uşaq evləri və digər müəssisələrdə qaz sobalarından istifadə edilməsi üçün məsul şəxslər təyin edilməli və onlar müvafiq qaydada təlimatlandırılmalıdırlar. Qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması məsələləri ?Azəriqaz? İB tərəfindən daimi nəzarətdə saxlanılır, bu istiqamətdə mütəmadi olaraq monitorinqlər keçirilir, alınmış nəticələr təhlil olunur?. ?Azəriqaz? bildirir ki, araşdırmalar bədbəxt hadisələrin bir qayda olaraq, təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması ilə əlaqədar baş vediyini göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA