06-03-2018 [11:07]
Zahid ORUC, Millət vəkili
***
Poroşenko böyük siyasətə Maydan inqilabından çox-çox əvvəl gəlmişdi. Onun biznes imperiyası vəzifə pilləkənləri ilə də sürətlə yüksəlişinin əsasını təşkil edirdi.
Dəfələrə parlamentə seçilməsi, Təhlükəsilzik Şurasına rəhbərlik etməsi, Xarici işlər və İqtisadi İnkişaf naziri vəzifələrinə sahiblənməsi dediklərmizə sübutdur. Lakin onun siyasi birinciliyə gedən yolu mənsub olduğu xalqın Yanukoviç rejiminə üsyanı ilə deyil, Avroatlantik dünyası ilə Avrasiyaçılığın toqquşmasının nəticəsiydi. Faktiki olaraq, iki qütbün arasında qalan dövlətlərin hamısının aqibəti Ukraynada olduğu kimidir.
Lakin Poroşenkonun taleyi Sovetlər birliyi dağılandan sonra ölkə başçısına çevrilən adamlardan daha təhlükəli ola bilərdi.Çünki son 30 ildə Rusiyanın təhlükəsizliyinə, siyasi sisteminə və maraqlarına heç kəs onun qədər zərbə vurmağa çalışmayıb. Hətta "ölməz demokrat” Mixail Saakaşvili belə Putin üçün ukraynalı lider qədər başağırısına çevrilməmişdi. Hər halda Qafqazın kiçik bir respublikasının resurs məhdudluğu onun siyasi manevr imkanlarını heçə endirir. Lakin bütün Qərb dünyasının hərbi-siyasi və maliyyə cəhətdən təchiz etdiyi bir dövlətin Bjezinsikinin sözləri ilə desək, rusların imperiya qatarının təkərləri altına atmağa xeyli resursu vardı.
Poroşenko isə inqilabın ağır nəticələrini çiyinlərində və səhhətində yaşadıqca "prezidentliyin şəkər olmadığını” dərk etməyə başlayıb. Həqiqətən də Ukraynanın böyük oliqarxlarından birinin - "Roşen” qənnadı korporasiyasının,2 televizya,4 radio kompaniyasının, gəmiqayırma zavodlarının, nişasta, akkumulyator və şüşə istehsalı müəssisələrinin, sığorta firmalarının sahibi kimi milyardlarla dollar dövriyyəsi olan imperiyanı idarə etdiyi kimi ölkəsinin də qətiyyətli və sevimli rəhbəri olacağını zənn edirdi. Amma səlahiyyətlərini başa vurmağa az qalmış, ölkəsində iqtisadi durum hələ də ağır olaraq qalır. Dövlətin 40 milyardı keçmiş xarici borcunu kimin ödəyəcəyi bəllidir-hər halda rinatlar, firtaşlar, kolomoyskilər kisələrini boşaldası deyillər.
Amma o biri yandan görün ölkənin başçısı nə ilə öyünür: sən demə o, BVF-dən 5 dəfə maliyyə tranşı alan ilk prezidentdir. Məgər Kuçma, Yuşenko və ya elə korrupsioner dedikləri Yanukoviç dövlətini o qədər borclandıra bilməzdi ki?
Yox, hər halda Poroşenkonun da müəssisələrinin gəliri bir qədər azalıb və bunu əllərində yaxşı seçki təbliğatına çevirəcəklər ki, baxın, kral kasıblaşıb..
Hər halda vətənin 20 faizi itirilib. Krım xalqı isə Putini əyani olaraq ilk dəfə, prezident seçməyə hazırlaşır. ”Maydan çevrilişi” çox baha başa gəldi. Deməli, inqilab həmişə zəncirləri yox eləmir, bəzən yeni boyunduruq və köləlik gətirir.
Artıq Obama yoxdur, Bayden Kiyevə üz çevirmir, Nulandsa, daha peçenye paylamağa səlahiyyətli deyil. Əvəzində görün nə vəziyyət yaranıb ki, bir vaxtlar nifrət ünvanı olan "qaz kraliçası” Yuliya Timoşenkonun nüfuzu prezidentdən irəliyə keçib. Necə deyərlər, yaxşılıq inflyasiyaya uğrayanda, pislik qiymətə minir...
Yoxsulların üzərindən burjuylara qarşı 4 il əvvəl aparılan küçə döyüşlərini isə artıq yeni çadırlar əvəz etməkdədir. Böyük birlik, bərabərlik və qardaşlıq sədalarını burada solğun bənizli adamların "çörək” şüarları əvəz edir.
O vaxtlar "Şokolad acı dadır” söyləyənləri indi hər kəs yaxşı başa düşür. Çünki Poroşenkonun günəşi ölkəsinin heç yarısına belə şəfəq salmamış onun zamanı qüruba doğru sürətlə yaxınlaşır.
Hanı soyuq qış gecələrində xalqa səslənən dekabristlərin böyük ordusu?
Yatsenyuk hökumətdən gedib, Yuliya yağı düşmənə çevrilib, Mişa isə Lenin kimi aprel tezisləri ilə böyük alman kapitalına və ordusuna söykənib geri dönməyə hazırlaşır.
"Skvoznyakda adamı qulunc tutur” deyir, sadə xalq bilicələrimiz.Ukrayna və Poroşenko hələ də küləfirəngidə qalmaqda davam edir..
İkinci dünya müharibəsindən bəhs edən və orta yaşlı adamların yaxşı xatırladığı "Yovşan acı dadır” filmi sanki Kiyev rus dövlətinin bu günü üçün çəkilib.
Baxmayanlar üçün Ukrayna xəbərlərini izləmək kifayətdir.
Mia.az
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb