Taxıl Fondu bu il Azərbaycanda qıtlıq olmayacağını bəyan edib

img

24-09-2010 [11:59]


Fövqəladə Hallar Nazirliyinin Taxıl Fondu avqustun 18-dən bəri ölkəyə 139 min ton ərzaq buğdası gətirib. Fondun sədri Zülfüqar Məmmədov ANS TV-yə bildirib ki, hazırda idxal davam edir və Qazaxıstan şirkətləri ilə 500 min ton taxılın alınması barədə müqavilə bağlanıb. İyulda bağlanmış müqavilənin şərtlərinə əsasən, ərzaq buğdasının 1 tonu Samur sərhəd-keçid məntəqəsində 250 dollara başa gəlir. Bu isə mövcud qiymətlərdən təqribən 70 dollar ucuzdur. Z. Məmmədov fondun anbarlarında əvvəldən də 30 min ton ehtiyatın qaldığını deyib. Onun sözlərinə görə, dünyadakı qıtlıq və bahalaşma Azərbaycanda qıtlığa səbəb olmayacaq. 2010-cu il mövsümündə yerli fermerlər quruma 1 kq belə taxıl təhvil verməyib. Qeyd edək ki, fond mövsümün əvvəlində yüksək keyfiyyətli ərzaq buğdasının kiloqramı üçün 16 qəpik təklif edirdi. Sonradan qiymətin 20 qəpiyə qaldırılması da fermerləri hərəkətə gətirməyib. Yeri gəlmişkən, regionlarda dəyirmanlar keyfiyyətindən asılı olaraq buğdanın kiloqramını 26-28 qəpikdən satın alır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA