28-02-2018 [11:39]
Tağı TÜRK
***
İlk dəfə İran İslam Respublikasına səfər edəndə bir məsələ mənim diqqətimi çəkmişdi. Yolboyu keçdiyimiz bütün kənd və qəsəbələrdə yolun kənarında müxtəlif insanların şəkilləri asılmışdı. Hər kənd və qəsəbədə ayrı-ayrı insanların şəkili asıldığından mənə maraqlı gəldi.
Bizi aparan sürücüdən soruşdum ki, bu il sizdə nə seçkiləridir?
Cavabı məni son dərəcə heyrətləndirmişdi.
Onun cavabı isə belə idi:
-Yox, ağa, bu il bizdə heç bir seçki yoxdur. Gördüyünüz bu şəkillər İran-İraq cəngində şəhid olan əsgərlərimizin şəkilləridir.
Mən sözün əsl mənasında təəccüblənmişdim. Şəhidə verilən bu dəyər məni kövrəltmişdi. Sürücü şəhid ailələrinə cəmiyyətin bütün təbəqələrinin göstərdiyi diqqət və qayğıdan danışdıqca özümdən asılı olmayaraq gözlərimdən yaş gəlirdi. Bu, bəlkə də pafoslu səslənir, amma bunu tam səmimi deyirəm, İran vətəndaşının şəhidə, onun ailəsinə verdiyi dəyərə qibtə edirdim.
Bizdə də müharibə olub və sülh danışıqları aparılsa da, münaqişə hələ də davam edir. Minlərlə şəhid vermişik. Həm Bakıda, həm də Qarabağda. Çox güman ki, bundan sonra da minlərlə şəhid verəcəyik. Biz necə, şəhidlərimizə, onların ailələrinə öz ehtiramımızı bildiririkmi? Bir mənalı olaraq: Xeyr!
"20 yanvar” şəhidlərinin xatirəsini əziz tutmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Hər il yüz minlərlə insan vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini yad etmək üçün kiçikdən böyüyə hər kəs Azərbaycanın müxtəlif yerlərində olan Şəhidlər Xiyabanına üz tutur. Xüsusilə, paytaxtın "Dağüstü parkı”nda yerləşən xiyaban daha da kütləvi, izdihamlı ziyarət edilir. Və bununla da hərə üzərinə düşən işi bitmiş hesab edir.
Son dövrlər müxtəlif səpkidə şəhidlərə qarşı hörmətsizliyin edildiyinin şahidi oluruq. Xüsusilə, söz adamlarının, cəmiyyətin güzgüsü olan yazarların şəhidlərə və onların ailələrinə qarşı səsləndirdikləri təhqiredici fikirləri eşitdikdə, fikirləşirsən ki, bu insanlarlamı torpaqlarımızı işğaldan azad etmək istəyirik?!
Bu günlərdə şair Emin Piri "20 Yanvar” şəhidi İlham Allahverdiyevi və onun həyat yoldaşı Fərizə xanımı özünün sosial şəbəkə hesabından təhqir edib. 30 iyunda, xüsusilə gənclərin qürurla keçirdikləri "Sevgililər günü”nü aşağlayıcı sözlərlə ifadə edən Emin Piri "Ümumiyyətlə, bu qadını niyə burada basdırıblar? Bu biabırçılıqdır” kimi sərsəm sözlər işlədib.
İstedadını milli dəyərlərimizin təbliğinə xərcləməkdənsə, məşhurlaşa bilməyən bəzi "həmkarları” kimi tanınmaq üçün milli dəyərlərimizə dil uzatması utancvericidir. Və çox təəssüf ki, bunların sayı barmaqla sayılacaq qədər deyil...
Mia.az
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb