Parabank yeni Visa Virtual kartını təqdim edir

img

22-09-2010 [11:08]


?Parabank? ASC plastik kart portfelinə yeni məhsul daxil oldu. Visa Beynəlxalq Ödəniş sisteminin Virtual Kartı internet şəbəkəsində mal və xidmət haqqı ödəmək üçün istifadə olunur. Bu kart növü pullarınızın ən yüksək dərəcədə təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuşdur. Bu növ plastik kartlarda maqnit zolağı və PIN kod olmadığından bu növ kartlar bankomatlarda və POS terminal qurğularında istifadə edilmir. Bu kart debet rejimində işlədiyinə görə başqa kart tiplərindən fərqləndirən və onun istifadəsini daha təhlükəsiz edən başlıca cəhət ondan ibarətdir ki, Siz yalnız kartınıza təhkim edilmiş hesaba qabaqcadan qoyduğunuz vəsaiti xərcləyirsiniz, ödəmədən sonra isə balansı sıfır qalıqla saxlamaq olar. Bununla da kart nömrəsinin İnternetdə kənar şəxslər tərəfindən öyrənildiyi halda vəsaitlərinizin qanunsuz çıxarılması ehtimalını praktiki olaraq istisna edə bilərsiniz. Virtual kartda başqa plastik kartda olduğu kimi universal və təkrarsız 16 işarəli nömrə, kart sahibinin adı, kartın qüvvədəolma müddətinin bitəcəyi tarix, habelə InterCardın üz tərəfində göstərilən xüsusi üç işarəli CVV2 kodu var. Bankımızın bu yeni plastik kart məhsulunu təqdim etməkdə məqsədi, müştərilərin internet vasitəsilə apardıqları alış-verişin sadələşdirilməsi, onların işinin rahatlaşdırılması və eyni zamanda onların maliyyə vəsaitlərinin təhlükəsizliyini təmin etməkdir. Parabank öz 19 illik təcrübəsinə əsaslanaraq ölkəmizin əhalisinə keyfiyyətli və layiqli xidmət göstərmək məqsədilə, yeni və keyfiyyətli məhsulların yaradılması yönündə araşdırmalarını davam etdirir. Parabankın təqdim etdiyi bu plastik kartları əldə etmək istəyən müştərilərə, Bankımızın mütəxəssisləri tərəfindən bu kartları harada və necə istifadə ediləcəyi haqqında zəruri məsləhətlər veriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA