19-02-2018 [16:41]
Seymur Verdizadə
Son günlər şou əhlini çox tənqid edirəm. Ona görə yox ki, bu adamlar ifa etdikləri bayağı mahnılarla xalqın musiqi zövqünü korlayırlar. Əsas səbəb odur ki, əksər müğənnilər gözümüzün içinə baxa-baxa yalan danışır, bizi avam yerinə qoymağa çalışırlar...
Bakıda, metronun "Əhmədli” stansiyası ilə "Ukrayna” meydanının arasında məşhur bir şadlıq evi fəaliyyət göstərir. Çoxlu qohum-əqrabası, yüzlərlə dost-tanışı olan bir adam kimi arabir məni də həmin şadlıq evinə toya dəvət edirlər.
Yaddaşıma güvəndiyim üçün əminliklə deyə bilərəm ki, masada ən azı 21 cür soyuq qəlyanaltı, 10 növ isti yemək olur. Nəfsini tərbiyə etməkdə aciz olan uca millətimin şən övladları arağı su yerinə içirlər. Axşam 7-dən sonra bəylə gəlini təbrik etməyə gələn xalq artistlərinin, əməkdar artistlərin, "Tərəqqi” medallı artistlərin ardı-arası kəsilmir. Axırda pul yazdırmasan, elə bilərsən ki, toyda yox, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sənət adamlarının iştirakı ilə keçirdiyi müşavirədəsən...
Dostumun oğlunun toyunda iştirak etmək üçün ötən həftə yolumu həmin şadlıq sarayından saldım. Ofisiant boşqabıma iki qaşıq salat çəkməyə macal tapmamış xalq artisti Səməd Səmədov məclisə təşrif buyurdu. Səməd müəllim fonoqrama ilə iki-üç bayağı mahnı oxuyub, nehrə boyda arvadların, boy-buxunda Koroğludan geri qalmayan cantaraq kişilərin şəkil çəkdirmək arzusunu yerinə yetirəndən sonra yerini əməkdar artist Bəsti Bəkirovaya verdi. Sağ tərəfimdə əyləşən tələbə yoldaşım Namiq müəllim fabrik toyuğunun ətindən bişirilmiş tikəni yeyib qurtarmamış Bəsti xanım ifasını başa vurub, məclisi tərk etdi.
Əməkdar artist Elza Seyidcahan kababla eyni vaxtda gəldi. Bir andaca pərəstişkarlarının əhatəsinə düşən Elza xanımın başı şəkil çəkdirməyə qarışdığı üçün mahnı oxumaq yaddan çıxdı. Sonra isə hələ də Səməd Səmədovun duet ortağı kimi tanınan müğənni Sevda salona daxil oldu. Həmin vaxt Namiq müəllimin telefonunda jurnalist dostum Azər Həsrətin müsahibəsini oxuduğum üçün Sevdanın nə oxuduğu yadımda qalmadı.
Bizim masanın ətrafında əyləşən kişilər siqaret çəkmək üçün bayıra çıxanda, əməkdar artist Cavanşir Məmmədovla Firuzə İbadova içəri girdi. Dostumun kasıb olduğunu bildiyim üçün bu qədər müğənnini hansı pulla toya dəvət etdiyi məni əməlli-başlı düşündürməyə başladı. Şəxsən tanıdığım, müxtəlif televiziya verilişlərində yanaşı əyləşdiyim, sənətinə hörmət etdiyim əməkdar artist Nüşabə Ələsgərli şadlıq evinə təşrif buyuranda təəccübüm ikiqat artdı. Burda bir sirr vardı. Bu sirri çözməsəm, gecə səhərə kimi gözümə yuxu getməyəcəkdi...
Təmiz hava almaq üçün bayıra çıxanda, foyedə dostumla qarşılaşdım. İlk sözüm bu oldu: "Nahaq yerə bu qədər məsrəf etmisən...”
Kişi heyrətlə üzümə baxıb, ağzını qulağıma yapışdırdı: "Bakıda burdan ucuz restoran yoxdur”.
Tez-tələsik dilləndim: "Bəs müğənnilər? Bunların biri toya 6-7 minə gedir. Bu qədər pulu hardan tapmısan?”
Dostum ətrafa nəzər salıb, heç kimin bizi eşitmədiyinə əmin olandan sonra belə dedi: "Yerin biri 25 manatdır. Müğənnilər isə restoranın hədiyyəsidir”.
Yenə fikrim qarışdı. Növbəti sualı verməkdən özümü saxlaya bilmədim: "Restoran 25 manatlıq yerdən nə qazanır ki, bunlara bir ətək pul verir?”
Dostum əlini çiynimə qoyub, belə dedi: "Mənim saf qardaşım, sən o adamların efirdə dediyi sözlərə inanma. Kimdir onlara 8-10 min manat verən? Bu gün gördüyün müğənnilərin hər biri bura 50 manata gəlib”.
Həyat yoldaşı dostumu çağırdığı üçün söhbətimiz yarımçıq qaldı...
Qonaqlarla beş-on dəqiqə söhbət edəndən sonra sağollaşıb, şadlıq sarayını tərk etdim. Pilləkənlərdən enəndə daha bir xalq artisti ilə qarşılaşdım. Əlli manatın arxasınca gəlmişdi...
... Bu sətirləri klaviaturada döyəcləyib qurtarandan sonra axtarış saytlarına daxil olub, müğənnilərin toy qiymətləri ilə bağlı kiçik bir araşdırma apardım. Həmin xalq artistinin qarşısında bu rəqəm yazılmışdı: 12 000 AZN.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb