Parabank ?Yığım? əmanətini təqdim edir

img

17-09-2010 [11:31]


Parabank ?Yığım? depozitini təqdim edərək müştərilərə pul vəsaitlərini yerləşdirərək gəlir dərəcələrini daima artırmaq və yığılan vəsait vasitəsilə uzunmüddətli planlarını həyata keçirmək imkanı yaradır. Əmanətin əsas mahiyyəti yerləşdirilən məbləğin artırılabilmə imkanının olmasıdır. Bu iki üsulla həyata keçirilə bilər: I Variant - Əmanətin müddətindən və valyuta mübadiləsindən asılı olaraq faiz dərəcəsi illik 12 %-ə qədər artır. Əmanətin minimal məbləği 500 (AZN, ABŞ, AVRO). Minimal əlavə ediləbilən məbləğ 100 (AZN, ABŞ, AVRO). Əmanətə edilən yatırımlar müştəri tərəfindən müqavilə müddətinin sonuna kimi aparılmalıdır. II Variant - Əmanətin müddətindən və valyuta mübadiləsindən asılı olaraq faiz dərəcəsi illik 13 %-ə qədər artır. Əmanətin minimal məbləği 500 (AZN, ABŞ, AVRO). Minimal əlavə ediləbilən məbləğ 500 (AZN, ABŞ, AVRO). Birinci variantdan fərqli olaraq əmanətə edilən yatırımlar müştəri tərəfindən müqavilə müddətinin yalnız yarısına kimi aparılmalıdır. ?Yığım? əmanətini yerləşdirən hər bir müştəri məbləğdən asılı olaraq Visa Kart və ona əlavə edilən üstünlükləri ödənişsiz paket şəklində əldə edəcək. Əmanətin bütün şərtləri yerinə yetirildikdə müddətin sonunda müştərinin əmanət hesabına əlavə olaraq müvafiq Bonus faizlər keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA