Saxlama müddəti ötmüz 400 kq ərzaq məhsulları satızdan çıxarılaraq məhv edilib

img

16-09-2010 [04:35]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdən verilən məlumata görə, monitorinq zamanı Bakının Nizami rayonunda B.Nuriyev küçəsi, 32C ünvanında yerləşən ?Orxan market?də, R.Rüstəmov küçəsi, ev 47 ünvanında yerləşən ?Leyla-Günel market?də, R.Rüstəmov küçəsi, 66 ünvanında Səkinə İsmayılovaya məxsus mağazada, Özbəkistan küçəsi, 17 ünvanında yerləşən ?Əkizlər market?də, T.Abbasov küçəsi, 35 ünvanında yerləşən ?Pərvin market?də, Naxçıvanski küçəsi, 55 ünvanında yerləşən ?Elvin market?də, E.Süleymanov küçəsi, ev 57 ünvanında yerləşən ?Fərid market?də, Q.Qarayev prospekti, 82 ünvanında yerləşən ?Albalı market?də, Q.Qarayev prospekti, ev 39/47 ünvanında yerləşən ?Nuran market?də, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində M.Fətəliyev prospekti, ev 36/1 ünvanında yerləşən ?Arzu market?də, S.Mehmandarov küçəsi, ev 12 A ünvanında yerləşən ?Elvin market?də, Ə.Kərim küçəsi, ev 9 ünvanında yerləşən ?MİF supermarket?də, R.Qəmbərov küçəsi, ev 6 ünvanında yerləşən ?Elşən market?də, Fətəliyev küçəsi, ev 70 ünvanında yerləşən ?Rəna market?də, Ə.Mehbalıyev küçəsi, 46 ünvanında yerləşən ?Rüfət market?də, Xətai rayonunda R.Bağırov küçəsi, ev 43B ünvanında yerləşən ?Şamo market?də, R.Bağırov küçəsi, ev 32, mənzil 4 ünvanında yerləşən ?Polad market?də, R.Bağırov küçəsi, 12 ünvanında yerləşən ?Xəyyam market?də, Babək prospekti, ev 90 yerləşən ?Tural market?də, Sarayevo küçəsi, 1733-cü keçiddə Loğman Süleymanova məxsus mağazada, Şəki şəhərində S.Mümtaz küçəsində Anar Hüseynova məxsus mağazada, Siyəzən rayonunda Xətai küçəsində Nəbi Əliyevə məxsus mağazada, Ağdaş rayonunda H.Əliyev prospektində Elbrus Vəliyevə məxsus mağazada, M.Ə.Rəsulzadə küçəsində yerləşən ?Kola market?də, Ağdam rayonunda Quzanlı qəsəbəsində yerləşən Zaur Məmmədova məxsus mağazada, Tovuz rayonunda H.Aslanov küçəsində Elmir Məhərrəmova məxsus mağazada, Beyləqan rayonunda S.Qazıyev küçəsində Zaur Məmmədova və Abduləli Nərmanova məxsus mağazalarda, ümumi çəkisi 400 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA