?Əsaslı islahatlar aparılmadan kəskin əməkhaqqı artımlarının neqativ təsirləri ola bilər?

img

15-09-2010 [03:47]


Təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşlarının artımından sonra prezidentin növbəti sərəncamı ilə səhiyyə işçilərinin də əməkhaqları artırıldı. Hər iki istiqamətdə artımlar 10 faiz təşkil etdi. Diqqəti çəkən isə son artımların cəmiyyət tərəindən birmənalı qarşılanmamasıdır. Rəylərər görə, dövlət büdcəsindən hər iki istiqamətdə daha böyük həcmlərdə artımlara getməyə imkan var idi. 10 faizlik artım nə təhsil, nə nə səhiyyə işçilərinin sosial müdafiəsini gücləndirməyəcək. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, islahatlar aparılmadan sözügedən sektorlarda kəskin artımlar mümkün deyil: ? İqtisadi və Sosial İnkişaf Mərkəzi hələ iyul ayında sentyabr ayında büdcədən maliyyələşən işçilərin əməkhaqlarının artırılcağı ilə bağlı proqnoz vermişdi. O zaman bildirmişdik ki, əməkhaqları orta hesabla 10 faiz artacaq. Bu da səhiyyə və təhsil sistemində yüksək əməkhaqqı artımı barədə qərarın kifayət qədər ehtiyatlı qərar olmasından irəli gəlir. .Əvvəldən hökümətin bu ehtiyatlı qərarın qəbuluna getməyəcəyi güman edilirdi. Hər iki sektorda yüksək artımlar üçün ilk öncə islahatların aparılmasına ehtiyac var?. İqtisadçı bildirir ki, səhiyyə və təhsil sahəsində çalışanların sayı kifayət qədər çoxdur: ?Səhiyyədə çalışanların sayının çoxluğu onların əməkhaqlarının kəskin artımına imkan vermir. Belə ki, bu sektorda 60 min tibb bacısı, 30 min həkim işləyir. Təhsil sektorunda isə 180 min nəfərə yaxın müəllim çalışır. Əməkhaqqı fondunun kifayət qədər böyük olması artımlar baş verən zaman daha çox vəsaitin bu istiqamətə yönəldilməsinə səbəb olur. Səhiyyə və təhsil sektoruna yönələn vəsaitlərin 80 faizdən artığı həmin sektorlarda çalışan işçilərin əməkhaqlarının ödənilməsinə sərf edilir?. V.Bayramovun sözlərinə görə, hər iki sektorda çalışanların sayının çoxluğu büdcə ayırmalarının əhəmiyyətli hissəsinin əməkhaqqı ödənişinə yönəldilməsinə gətirib çıxarıb: ?Azərbaycanda həkim və tibb bacısı işçilərinin sayı Avropa ölkələri ilə müqayisədə çox olsa da səhiyyə xidmətlərindən istifadə edənlərin sayı olduqca azdır. Belə ki, ölkədə hər min nəfərə düşən tibb bacısının sayı Türkiyə ilə müqayisədə 3 dəfə çoxdur. Bu rəqəm Almaniya ilə müqayisədə 2,5 dəfə, Avropa üzrə orta göstəricidən 2 dəfə artıqdır?. Səhiyyə sisteminin çarpayı hesabı maliyyələşdirildiyini xatırladan mütəxəssis deyir ki, çarpayıların sayı qonşu, eləcə də Avropa ölkələri ilə müqayisədə çoxdur: ?Azərbaycanda hər 1000 nəfərə 7,6 çarpayı düşsə də, Almaniyada bu rəqəm 3,8, Türkiyədə 2,3, Avropa Birliyində orta rəqərm 4,2 təşkil edir. Adambaşına düşən çarpayıların sayının çox olmasına baxmayaraq onlardan istifadə əmsalı kifayət qədər aşağıdır. Yəni Azərbaycanda çarpayıların 26,1 faizi istifadə edilirsə, Almaniyada 89,5 faizi, Rusiyada 86 faizi , Türkiyədə 70 faizi, Avropa Birliyində 78 faizi istifadə olunur. MDB ölkələrində isə bu otra göstərici 87 faizdir?. Məlum olur ki, həm tibb işçilərinin sayının çoxluğu, həm də çarpayıdan istifadə əmsalının aşağı olması bu sektorda islahatları qaçılmaz edir: ?Səhiyyə sistemində çalışanların böyük əksəriyyəti yarımştat hətta 4/1 ştatla çalışan işçilərdir. Bu da həmin sektorda çalışanların sayının süni şəkildə artırılmasından xəbər verir. Eyni zamanda Dünya Bankının məlumatına görə, səhiyyə sektorunda maliyyənin 70 faizi qeyri-rəsmi ödənişlərdir. Qrumun araşdırmaları göstərir ki, həkimlərin gəlirlərinin 70 faizindən artığını qeyri-rəsmi ödənişlər təşkil edir?. Mütəxəssis eyni problemin təhsil sistemində də müşahidə edildiyini deyir: ?Adambaşına maliyyələşdirmənin bu ildən tətbiqinə baxmayaraq maliyyələşdirmə ilə bağlı ciddi islahatlardan danışmaq hələlik tezdir.Sözügedən sektorlarda kəskin əməkhaqqı artımları baş verərsə bunun neqativ təsirləri ola bilər. Belə ki,artımlar istehlak bazarında bahalaşmaya gətirib çıxarar. Əslində 10 faizlik artım belə müəyyən məhsulların qiymətini bahalaşdırır. Təəssüf ki, əməkhaqqı artımları ilə paralel bazarlarda ərzaq və qeyri ərzağın qiymətində artımlar baş verir?. İSİM rəhbəri həmçinin bildirir ki, kəskin əməkhaqqı artımları sosial öhdəlikdir: ?İstər səhiyyə, istərsə də təhsil sistemində çalışanların əməkhaqları ?Büdcə sistemi haqqında? qanuna görə müdafiə olunan xərclər kateqoriyasina daxildir. Belə halda büdcədən digər xərclər üzrə azalmalar baş verdikdə, həmin kateqoriya üzrə ödənişləri azaltmaq mümkün olmur. Sosial öhdəlik olduğu bu il baş verən artımlar növbəti illərdə də dövlət büdcəsi tərəfindən maliyyələşdirilməlidir. Büdcənin imkanları səhiyyə və təhsil sistemində çalışanların əməkhaqlarının kəskin artımına imkan verir, hər iki sahədə əsaslı islahatlar aparılmadan bu mümkün deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA