Azərbaycanda yazayız minimumu 125,3 manat olub

img

14-09-2010 [03:00]


İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspertləri Azərbaycanın 22 regionunda 2010-cu ilin avqust ayı ərzində aparılan qiymətlərin statistik müşahidəsinin nəticələri və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında avqust ayı üzrə minimum istehlak səbətinin dəyərini hesablayıblar. Mərkəzdən verilən məlumata görə, həmin hesablamalara əsasən, avqust ayında Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 125,3 manat, pensiyaçılar üçün 113,12 manat, 0-14 yaşlı uşaqlar üçünsə 142,52 manat təşkil edib. Avqust ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 64,5 manat, pensiyaçılar 58,19 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 73,21 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərclər işləyən əhali üçün 35,14 manat, pensiyaçılar üçün 31,39 manat, 0-14 yaşlı uşaqlar üçün 51,85 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,66 manat, 22,83 manat və 17,46 manat təşkil edib. Qeyd edək ki, ?Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında? Qanunun əsasında ölkədə 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA