?iqtisadi inkizafın Azərbaycan modeli? movzusunda beynəlxalq konfrans keçiriləcək

img

14-09-2010 [01:44]


Sentyabrın 17-də Bakıda ?İqtisadi inkişafın Azərbaycan modeli? movzusunda beynalxalq konfrans keçiriləcək. Konfransa dövlət qurumlarının rəhbərləri, iqtisadçı-ekspertlər, QHT və KİV təmsilçiləri ilə yanaşı, beynəlxalq təşkilatlardan 50 nəfərə yaxın ekspert dəvətlidir. Qeyd edək ki, qonaqlar arasında AŞPA-nın 25 nəfər üzvü də vardır. Tədbirdə iqtisadi inkişaf naziri Şahin Mustafayev ?Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası? mövzusunda, sənaye və energetika naziri Natiq Əliyevin ?Azərbaycanın enerji siyasəti və beynaxalq iqtisadi əməkdaşlıq? mövzusunda, Belçika parlamentinin üzvü İvan Sabbe ?Gənc demokratiyaya Qərbin investisiya imkanları: Azərbaycan, Şərq və Qərb arasında kəsişmə? mövzusunda çıxışları nəzərdə tutulub. Konfransda akademiklər Z. Səmədzadə, X. Yusifzadə, Asəf Nadirov və digər ekspertlərin çıxalarıda planlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA