946 kq ərzaq məhv edilib

img

13-09-2010 [04:06]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı ümumi çəkisi 946 kq saxlama müddəti ötmüş ərzaq malları satışdan çıxarılaraq məhv edilib. Nazirliyin mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, bunlar əsasın qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, tamlı məhsullar, un məmulatları, konservləşdirilmiş məhsullar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və digər məhsullar olub. ?Qafqazinfo? müddəti ötmüş ərzaq satan mağazaların siyahısını təqdim edir: Bakının Nəsimi rayonunda - H.Seyidzadə küçəsi, ev 21A, mənzil 1 ünvanında yerləşən ?Rəhimli market?də; - M.Əliyev küçəsi, 194 ünvanında yerləşən ?Orijinal market?də; - S.Vurğun küçəsi, ev 911, mənzil 32 ünvanında yerləşən ?Anar market?də; - A.Mustafayev küçəsi, 21 ünvanında Əvəzxan Sadıqova məxsus mağazada; - Cavadxan küçəsi, 48 ünvanında yerləşən ?Mirzaur market?də; - Cavadxan küçəsi, ev 48B, 3224-cü məhəllədə yerləşən ?Qardaşlar market?də; - Cavadxan küçəsi, 48A ünvanında yerləşən ?Xəzər market?də; - M.Qaşqay küçəsi, ev 28 ünvanında yerləşən ?Grand market?də; - Ə.İsgəndərov küçəsi, 17 ünvanında yerləşən ?Şahbaz market?də; - H.Seyidzadə küçəsi, 32/31 ünvanında yerləşən ?ROR market?də; - Moskva prospekti, ev 64 ünvanında yerləşən ?Assorti market?də; - 20 yanvar küçəsi, 3169-cu məhəllədə yerləşən ?Bravo market?də; - H.Əliyev küçəsi, ev 2, mənzil 1 ünvanında yerləşən ?MİQ market?də; - M.Qasımov küçəsi, 4 ünvanında yerləşən ?Nihad market?də; Nərimanov rayonunda - İ.Dadaşov küçəsi, 50 ünvanında yerləşən ?Elit market?də; Binəqədi rayonunda - 9-cu mikrorayon, M.Cəlal küçəsi, ev 31 ünvanında yerləşən ?Yurd market?də; Xətai rayonunda - M.Hadi küçəsi, ev 75 ünvanında yerləşən ?Grand market?də; - Xocalı küçəsi, 16 ünvanında yerləşən ?Zaur market?də; - N.Tusi küçəsi, 28 ünvanında yerləşən ?Hicran market?də; - Korolenko küçəsi, 2354-ü məhəllədə yerləşən ?Səhər market?də; - M.Rüstəmov küçəsində yerləşən ?İslam market?də; - R.Rza küçəsi, 2942-ci məhəllədə yerləşən ?Neptun market?də; Şəmkir rayonunda - Zəyəm qəsəbəsi, Vaqif küçəsində Qoşqar Əliyevə məxsus mağazada; Tovuz rayonunda - Düz Qırıxlı kəndində Şahin Hacıyevə məxsus mağazada; Ucar rayonunda - 20 yanvar küçəsində Emin Novruzova məxsus mağazada; - Qarabörk kəndində Xədicə Cəlilovaya məxsus mağazada; Samux rayonunda - İnstitut qəsəbəsində Sərxan Yusifova məxsus mağazada; Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA