Prezident aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə fərman imzalayıb

img

08-09-2010 [09:33]


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ?Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə? fərman imzalayıb. Fərmana əsasən, sentyabrın 1-dən aylıq yaşa görə müavinət 50 manat məbləğində müəyyən edilir. Əlillikləri "ümumi xəstəlik", "hərbi xidmət dövründə xəstələnmə", "əmək zədəsi və peşə xəstəliyi", "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar", "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" səbəbindən baş vermiş I qrup əlillərin aylıq müavinəti 55, II qrup əlillərinki - 40, III qrup əlillərinki isə 35 manat həcmində müəyyən edilir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 55, ailə başçısını itirməyə görə müavinət isə 45 manat olacaq. Əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət 30 manat həcmində müəyyən edilib. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 50 manat, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 35 manat, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə aylıq müavinət isə 30 manat həcmində olacaq. Fərmana görə birdəfəlik müavinətlərin məbləğində də dəyişiklik edilib. Belə ki, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət 160 manat, uşağın anadan olmasına görə müavinət 75 manat, dəfn üçün müavinət 100 manat müəyyən olunub. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Azərbaycan prezidenti İlham Əliyev ?Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü?nün artırılması haqqında fərman imzalayıb. Fərmana əsasən ?Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü?nün aylıq məbləği 50% artırılaraq 150 (yüz əlli ) manat məbləğində müəyyən edilib. Şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə imzalanan fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb. Fərmanın digər bəndi ilə ?Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü?nün təsis edilməsi haqqında? Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının 1-ci bəndində ?100 (yüz)? sözü ?150 (yüz əlli)? sözləri ilə əvəz edilib. Fərman sentyabrın 1-dən qüvvəyə minir. Azərbaycan prezidenti İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə sərəncam imzalayıb. Məcburi köçkünlərə adambaşına yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin 2010-cu il sentyabrın 1-dən artırılaraq 15 manat müəyyən edilməsi qərara alınıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Eyni zamanda ?Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında? Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 26 avqust tarixli 3014 nömrəli Sərəncamının 1-ci qüvvədən düşmüş hesab edilib. Azərbaycan prezidenti İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə sərəncam imzalayıb. Məcburi köçkünlərə adambaşına yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin 2010-cu il sentyabrın 1-dən artırılaraq 15 manat müəyyən edilməsi qərara alınıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Eyni zamanda ?Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında? Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 26 avqust tarixli 3014 nömrəli Sərəncamının 1-ci qüvvədən düşmüş hesab edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA