Samir Əliyev: ?Kredit qoyuluzları azalıb, banklarda vəsait çatızmazlığı var?

img

08-09-2010 [12:23]


Fevral ayından etibarən ölkə iqtisadiyyatına yatırılan kreditlərin həcmində müşahidə edilən artım tendensiyası yay aylarında azalma ilə əvəz olunub. ?İqtisadi forum? jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, iyul ayında kredit qoyuluşunun həcmi 184,5 milyon manat azalaraq 8,66 milyard manata düşüb. Bu müddətdə problemli kreditlərin həcmi 8,6 milyon manat azalsa da, cəmi kreditlərdə payı dəyişməz qalıb. Hesabat ayında vaxtı keçmiş kreditlərin payı 4,6% həddində qalıb. Cəmi kreditlərinin 61,9%-i manatın, 38,1%-i isə xarici valyutaların payına düşüb. Milli valyutada 5,4 milyard manat, xarici valyutada 3,3 milyard manat həcmində kredit yatırılıb. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev ?İqtisadi forum? jurnalına açıqlamasında kredit qoyuluşunun azalmasını Beynəlxalq Bankın kredit yatırımını azaltması hesabına baş verdiyini bildirib: ?Kredit qoyuluşlarında artım həmişə yeganə dövlət bankı olan Beynəlxalq Bank hesabına baş verirdi. Təkcə bu bankın verdiyi kreditlərin həcmi ölkənin 46 bankının verdiyi kreditlər qədərdir. Ona görə də Beynəlxalq Bankın kredit yatırımındakı istənilən dəyişiklik ölkənin ümumi kredit bazarına təsir edir. İyul ayında bu bankın yatırımları əvvəlki aylardan fərqli olaraq 217,3 milyon manat azalıb. Çünki Beynəlxalq Bank kreditləri əsasən neft sənayesinə yönəldir. Bu dövrdə isə əsas həm neft emalı sənayesinə, həm də nəqliyyat sektoruna kredit qoyuluşu azalıb. Artım kommersiya banklarında qeydə alınınb ki, bu vəsaitlər də əsasən istehlak kreditləri olmaqla ticarət, kənd təsərrüfatı və tikinti sektoruna yönəldilib?. Ekspertə görə, dünya bazarlarında dollar və avronun qeyri-sabit məzənnə nümayiş etdirməsi də kredit qoyuluşunun azalmasına gətirib çıxarıb. ?Dünya bazarlarında dollar və avronun məzənnəsində müşahidə edilən qeyri-sabit rəqslər, növbəti qlobal böhran siqnalları yerli bankları bu valyutalarla ehtiyatlı siyasət nümayiş etdirməyə sövq edir. Elə bunun təsiridir ki, istər əmanət qoyuluşunda, istərsə də kredit verilişində xarici valyutalar mövqeyini itirməkdədir. Məsələn, iyul ayında xarici valyuta ilə kreditlərin həcmi 235,8 milyon manat azalıb. Bu azalma xüsusən uzun müddətə verilən kreditlərdə baş verib? ? deyən S.Əliyevin fikrincə, Mərkəzi Bankın milli valyutanın kursunun nəyin bahasına olursa olsun sabit saxlaması siyasəti manata etibarın artmasının və bununla da onun payının yüksəlməsini şərtləndirir. Ekspert hesab edir ki, kredit qoyuluşlarının azalması şərtləndirən əsas səbəblər qlobal böhran nəticəsində problemli kreditlərin artımı və bankların kifayət qədər vəsaitlərin olmamasıdır: ?Təkcə 2010-cu ildə problemli kreditlərin həcmi 30%-dən çox artıb. Son bir ildə isə bu artım 2 dəfədən çoxdur. Banklar çıxış yolunu ya kredit verilişini dayandırmaqda, ya da kredit şərtlərini sərtləşdirməkdə görür. Bu isə müştəri üçün çox əlverişsizdir. Çünki onsuz da Azərbaycan banklarında təklif edilən kreditlərin faiz dərəcələri çox yüksəkdir. Vəsaitə ehtiyacı olan sahibkarlar və ya əhali yüksək faizə baxmayaraq kredit götürməli olur. Sonra isə həmin vəsaitlərin qaytarılması zamanı çatanda problemlər yaranır. Əgər qlobal böhrandan əvvəl müştərilər yüksək faizi ödəyə bilirdilərsə, indi bu mümkünsüzdür?. S.Əliyev ölkədə kredit böhranın işartılarının yaranması qənaətindədir. ?Artıq ilin əvvəlindən gözlənilirdi ki, banklar vəsait çatışmazlığı ilə üzləşəcək. Bankların sərbəst ehtiyatları kəskin azalıb. Təkcə cari ilin 7 ayında bu ehtiyatlar 2 dəfəyədək azalıb. Sərbəst ehtiyatların azalması bankların kredit vermək imkanlarını məhdudlaşdırır. Üstəgəl Mərkəzi Bank fəaliyyətdə olan bankların məcmu kapitalına qoyduğu 10 milyon manatlıq həddə riayət edilmir. Artıq 6 bankın məcmu kapitalı bu həddən azdır. Əgər əvvəllər onların sayı 4 idisə, hazırda 6-ya çıxıb. Göründüyü kimi banklarda kapitallaşma problemi həllini tapa bilməyib.? Ekspert ilin sonunda keçiriləcək parlament seçkilərinin də kredit qoyuluşunun azalmasına təsir etdiyini istisna etməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA