Bank of Baku ?Uduzlu pul köçürmələri? kampaniyasının ilk qaliblərini müəyyən edib

img

07-09-2010 [11:44]


Bank of Baku ASC müştəriləri arasında yeni ?Uduşlu pul köçürmələri? kampaniyasının ilk qaliblərini müəyyən edib. Kampaniya 30.11.2010-cu il tarixinədək təcili pul köçürmələrindən istifadə edən müştərilər arasında ?İndi BANK Sizə ÖDƏYİR!? şüarı ilə bankın bütün filiallarında keçirilir. Bankın baş ofisindən MİA-ya verilən məlumata görə, tiraj komissiyası və bankın nümayəndələrinin iştirakı ilə keçirilən uduşda 4559 müştərinin xüsusi identifikasiya kodu iştirak edib. Qaliblər Bank of Baku-da təcili pul köçürmələrini həyata keçirən müştərilərin ümumi bazasından kompüterin təsadüfi seçimi vasitəsi ilə müəyyən ediliblər. Kampaniyanın ilk qalibləri Mirdadaş Hümmətov, Mətanət Bayramova, Viktor Nikolayev, Nəzrin Nərimanzadə və Nüşabə Qədimova olublar. Müştərilərin hər birisi Bank of Baku vasitəsilə sadəcə pul köçürmələrindən istifadə edərək 100 AZN məbləğində pul mükafatı qazanıb. Kampaniyanın ikinci uduşu 01.12.2010-cu il tarixində keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA