?Unibank? ?ViSA günləri? lotereyası çərçivəsində sonuncu tirajını keçirib

img

03-09-2010 [12:48]


?Unibank? yay aylarında ?VİSA? plastik kartlarının bütün sahibləri üçün keçirdiyi ?VİSA günləri? lotereya aksiyası çərçivəsində mükafatların sonuncu üçüncü tirajını keçirib. Bankın mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, seçim Bankın Baş ofisində, avqust ayının 10-dan 31-dək bankomatlar, POS-terminallar və İnternet vasitəsilə 147 minə yaxın əməliyyat yerinə yetirmiş 3375 ?VİSA? kart sahibləri arasında aparılıb. Bu zaman ən azı 20 AZN/USD/EUR/GBP məbləğində olan hər bir əməliyyat ?Unibank? tərəfindən uduş üçün bir şans kimi qiymətləndirilib, mükafatların sahibləri isə təsadüfi kompüter seçimi üsulu ilə təyin ediliblər. Aksiyasının üçüncü tirajının nəticələrinə görə, Türkiyəyə bir həftəlik turun sahibi Bankın müştərisi A.M.Əsədov olub. Xatrırladaq ki, lotereya aksiyasında ?Unibank?ın emissiya etdiyi bütün növ fərdi ?VİSA? kartlarının 6594 sahibi iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA