08-12-2017 [16:16]
Zahid ORUC,
Millət vəkili
****
İranın "Şərq” qəzetində özünü Dağlıq Qarabağın xarici siyasət idarəsinin rəhbəri kimi təqdim edən Masis Mailyanın müsahibəsi dərs olunub. Dünyada separatizmin yayılmasına qarşı təsirli tədbirlərdən biri kimi, dövlətlərin nəzarətində olan informasiya orqanlarında tanınmamış siyasi hibridlərə qarşı xüsusi yanaşmanın tətbiq olunduğu hər kəsə bəllidir.
Xüsusilə də böyük imperiya tarixi olan İranın hazırki dini-siyasi elitası uzun illər yaşadığı sanksiyalar fonunda diplomatiyanın ən yüksək incəsənət olduğunu hamıdan yaxşı bilir. Prezident Həsən Ruhaniyə yaxınlığı ilə seçilən tribunada Qafqaz həqiqətlərinin birtərəfli qaydada təqdimatı azadlıq və plüralizm barəsindəki deklarasiyalarla izah oluna bilməz. Axı teokratik quruluşlarda qərarların qəbulu mexanizminə bələd olanlar, xüsusi hazırlıqlı ekspertini Qarabağa göndərərək, absurd ədalət və haqq davası apardığına bir kimsəni inandıra bilməz.
Məsələn, Birləşmiş Ştatlar prezidentinin son qərarını Fələstin-İsrail münaqişəsinin yenidən alovlanmasına yönələn cinayət aktı sayan rəsmi Tehranın eyni əzm və fədakarlıqla sabah yəhudi dövlətinin əsas təmsilçilərinə informasiya dəstəyi verməsini, balansı qorumaq adı ilə öz nümayəndəsini Prezident Administrasiyasından hazır tezislərlə təchiz edib Tel-Əvivə yola salacağını təsəvvür edirsizmi?
Qətiyyən, belə hal son 50 ildə özünü göstərməyib. Elə isə İranın aparıcı nəşri səngərdə Azərbaycana qarşı müharibə aparan işğalçı ordunun siyasi artilleriya hücumunu həyata keçirən adamların fikirlərini nədən tirajlayır?
Dövlətlər arasında imzalanan müqavilələr və rəsmi tədbirlərdə verilən bəyanatlar əsasında regional münasibətlərin tam məcmusunu vermək mümkün deyil. Sadə dillə desək, beynəlxalq hüquq subyekti olmağa can atan və 90-cı illərin hərbi əməliyyatlarının nəticəsini rəsmiləşdirmək məqsədi güdən Dağlıq Qarabağ rejimi hərbi və siyasi addımlarını dünyadakı azğın maraqların kontekstində qurur. Xankəndində süngünün üzərində əyləşənlər yaxşı bilir ki, kiçik bir adanı heç bir parametr üzrə xarici məkanda cazibədar eləmək mümkün deyil.
Transmilli şirkətlərin yan keçdiyi ərazilər siyasi elitalar üçün də çox az önəm kəsb edir. Qarabağ hətta hərbi bazalar vasitəsilə regiona nəzarət eləmək imkanları üçün də yaramır. Çünki artıq bölgənin geopolitik və geoiqtisadi arxitekturası sovetlərin dağılmasından sonra baş verən hərbi toqquşmlarının nəticəsinə uyğunlaşdırılıb. Ona görə də kimsə gəlib 100 milyon dollarlıq investisiyanı Şuşaya qoyub Şimal və Cənuba, yaxud Qərbə gedən yollara nəzarət üçün mühüm dayaqlar formalaşdırmaq fikrinə düşəsi deyil. O üzdən Bako Saakyan və onun mülnhauzenləri üçün yeganə yol, rəsmi Bakının qonşularla uzlaşdıra bilmədiyi məsələlərdə mənafelərini irəli vermək və fürsətcil bir xətti izləməkdir.
Əslində, Rusiya amili olan yerdə İran Qarabağa dair böyük planlarını bir qədər fərqli kontekstdə hazırlamağa məcburdur. Yəni, status-kvonun qorunması Tehrana sərfəlidir və nəticədə Azərbaycanın istər tarix, istərsə də cari məqsədlərini çox ustaqlıqla idarə etməyə resurs yaranır. Necə deyərlər, separatizm Qafqazda himayə olunduğu üçün ölkələrin xarici siyasət vektorunu daim asılı vəziyyətdə saxlamağa imkan var.
Doğrudur, İran Masis Mailyanın arzuladığı sərhədləri, yəni, Füzuli bölgəsindən hər hansı əlaqələri ermənilərin üzünə açmağın təhlükəsini yaxşı anlayır. Söhbət regionda silahların gücü ilə sərhədlərin dəyişdirilməsinə legitimlik qazandırmağın bumeranq effekti doğuracagından gedir. Ona görə də "Şərq” qəzetinə verilən müsahibəni İranın planları baxımından izah etmək daha asandır, çünki İrəvanın güddüyü niyyətlər çox da dərin strategiyaya köklənməyib.Yəni, Şuşa məscidini qədim İran mədəniyyətinin tərkib hissəsi kimi restavrasiya etdirmək, təkcə oradan Şimali Azərbaycanın izini itirmir, həm də Rusiya imperiyası ilə İran arasındakı müharibədən sonra əldən verilmiş ərazilərə sahib çıxmaq kimi çox məkrli planların konturuna çevrilir.
Tehranın hərbi-siyasi gücü imkan verir ki, kiçik bir ərazi subyektini - Qarabağı öz təsirində saxlamaqla bölgədə aktiv rola iddia etsin və ATƏT Minsk qrupundan kənarda mühüm alternativ müstəvi formalaşdırsın.
Yeri gəlmişkən, Masis Mailyan iranlı ekspertin Dağlıq Qarabağın rəsmi sərhədlərindən kənar əraziləri, - yəqin söhbət 7 rayondan gedir - qaytarmağın mümkünlüyü ilə bağlı sualına cavab verərkən, əksinə Azərbaycanın Çaykəndi də daxil 15 faizə yaxın ərazini işğal etdiyini İran cəmiyyətinin diqqətinə çatdırmağa çalışır.
Hər halda Qafqazın tarixini yaxşı bilən fars alimləri və siyasətlçiləri üçün belə ağ yalanların təsir gücü olmasa da, xalqın diqqətini İranın onunla sərhədləri birgə qoruyan erməni tanklarını nədən çıxarmaq tələbini ortaya qoymadığına işarə edildiyinə şübhə yoxur. Nəticədə, Minsk qrupu formatına daxil olmağa can atan bir dövlət üçün Qərbin, Türkiyənin, Rusiyanın regiondakı fəaliyyətinə qarşı kontur siyasət yürüdülür. Həqiqətən də son dərəcə mürəkkəb matrisada çox dəqiq hesablanmış planlarla üzə-üzə qalmışıq.
Tehran Qarabağı müstəqil erməni dövləti kimi tanımağı heç zaman gözdən keçirməsə də Xankəndinə gedən yolları nəzarətdə saxlamağın faydasını əla bilir. Ona görə də bütün ipləri əlinə yığaraq,çox rahatlıqla İrəvan-Qarabağ və Bakı arasında manevrlərini davam etdirir. Regionda qlobal miqyaslı tranzit layihələrinin həyata keçirildiyi bir dövrdə İran siyasətçiləri yaxın qonşulara gedən dəhlizləri ot basmağa qoymur.
Qədim Şərqin müdrikləri deyirdilər ki, Allah yolu yaradıb, şeytansa keçidləri...
Mia.az
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."