Azərbaycan iqtisadiyyatına kredit qoyuluzları 5 faiz artıb

img

31-08-2010 [02:45]


Bu ilin 6 ayında Azərbaycan iqtisadiyyatına kredit qoyluşları cəmi 5 faiz artıb. Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Xəqani Abdullayev artım tempinin az olmasını Mərkəzi Bankın tələblərinin sərtləşdirilməsiylə izah edib. O bildirib ki, iqtisadiyyata kredit qoyuluşunda hazırda mülayim artım tempi müşahidə edilir: ?Yəni bu rəqəm hazırda 5 faiz artıb. Biz dünyada baş vermiş qlobal böhrandan sonra bank sektorunda risk menecement sistemlərində tələblərimizi ciddiləşdirmişik və bu tələblərə uyğun olaraq banklar kredit siyasətlərində risklərin tam əhatə olunmasına çalışırlar. Təbii ki, bütün bunlar da kredit portfelinin mülayim artım tempini şərtləndirir. Təxminən 5 faiz səviyyəsində artım var. Amma bankların resurs bazası, yəni hazırda cəlb olunan əmanət bazasının artım tempi daha yüksəkdir. Bu, 16 faiz təşkil edir?. X.Abdullayevin sözlərinə görə, hüquqi şəxslərin depozitləri, yəni sərəncamında olan vəsaitlərin azalması bir sıra icbari ödənişlərin bu vaxta təsadüf etməsi, investisiyaların qoyulması və bu kimi proseslərin nəticəsidir: ?Şübhəsiz olaraq, bu amillər də öz rolunu oynayıb, lakin kreditləşmədə azalma faktdır və bu faktı hüquqi şəxslərin öz vəsaitlərindən istifadə etməsi ilə əlaqələndirmək mümkündür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA