"AtaSığorta?nın sığorta haqları 8,5 faiz artıb

img

28-08-2010 [03:44]


?AtaSığorta? şirkətinin bu ilin 7 ayı ərzində topladığı sığorta haqları 1930,1 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çoxdur. Şirkətdən verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə aparılan ödənişlərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz azalaraq 370,7 min manat təşkil edib. Hesabat dövrü ərzində şirkətin balans mənfəəti 585,1 min manat olub ki, bu da nəzərdə tutulan proqnoz göstəricidən 16,8 faiz çoxdur. Qeyd edək ki, ?AtaSığorta? ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Səhmdarı ?AtaHoldinq? ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 4 milyon manat təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA