Parabank ? Əmək haqqı kartları" layihəsini təqdim edir

img

27-08-2010 [12:08]


Parabank Azərbaycanın plastik kartlar bazarında ? Əmək haqqı kartları" adlı xüsusi layihəsini təqdim edir. Əmək haqqı layihəsi çərçivəsində Parabank Visa Elektron kartını təqdim edir. Əmək haqqı kartı müəssisə işçilərinin adına açılan və xüsusi kart hesabına bağlı olan plastik kartdır. İşçiyə çatacaq əmək haqqı, mükafatlar, məzuniyyət, ezamiyyə ödənişləri və digər bu kimi ödəmələr müəssisə tərəfindən bu karta köçürülür. Əmək haqqı layihəsində iştirak etməklə müəssisə nağd pul ilə bağlı bir çox problemlərdən azad olur. Əmək haqqı layihəsinin müəssisə üçün üstünlükləri ondan ibarətdir ki, müəssisənin işçiləri iş vaxtından daha səmərəli istifadə edirlər, belə ki, bir qism əməkdaşlar əmək haqqını işdən sonra, iş vaxtını sərf etmədən istənilən yerdə ala bilirlər, digərləri isə nağd pul saymaq və verməkdən azad olunurlar. Əmək haqqı kartı əldə edəcək işçilər bu plastik kartlara məxsus olan əlavə üstünlüklərdən də istifadə edə biləcəklər. Müəssisənin işçiləri əmək haqqlarını, mükafatlarını və müəssisə tərəfindən kart hesabına köçürülən sair odəmələri günün istənilən saatında, ilin 365 günündə, dünyanın hər hansı bir ölkəsində ala bilərlər. Parabank gecə-gündüz işləyən geniş bankomatlar şəbəkəsinə malikdir. Bundan başqa, kart sahibləri Bankın istənilən şöbəsində nağd vəsait ala bilərlər. Üstəlik bu plastik kartlara sahib olmaqla müəssisə işçiləri, Azerikard şəbəkəsi daxilində olan digər yerli bankların 1200-dən artıq bankomatlarından heç bir komissiya ödəmədən və faiz tutulmadan nəğd pul əldə edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA