430 kiloqrama yaxın saxlama müddəti ötmüz ərzaq malları məhv edilib

img

26-08-2010 [03:30]


İqtisadi İnkişaf Nazirliyi növbəti reydlərini keçirib. Nazirliyin mətbuat xidmətindən MİA-ya verilən xəbərə görə, yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində Y.Hüseynov küçəsi, 79 ünvanında yerləşən ?Tehran market?də; Y.Hüseynov küçəsi, ev 75 ünvanında yerləşən ?Namiq market?də; X.B.Natavan küçəsində yerləşən ?İdeal market?də; R.İsmayılov küçəsi, 18 ünvanında yerləşən ?Cavad market?də; A.Zeynallı küçəsində yerləşən ?Çinar market?də; A.Zeynallı küçəsi, 14 ünvanında yerləşən ?Ağ dükan market?də; A.Zeynallı küçəsi, 2 ünvanında yerləşən ?Bizim market?də; Xətai rayonunda O.Vəliyev küçəsi, 2284-cü məhəllədə yerləşən ?Ulduz market?də; X.Məmmədov küçəsi, 39 ünvanında yerləşən ?Tural market?də; X.Məmmədov küçəsi, 4 ünvanında yerləşən ?Bizim market?də; Nobel prospekti, 114 ünvanında yerləşən ?Siracoğlu market?də; General S.Mehmandarov küçəsi, 82 ünvanında yerləşən ?Tayfun market?də; Nizami rayonunda Keşlə qəsəbəsi, O.Vəliyev küçəsində yerləşən ?Gəncə market?də; B.Nuriyev küşəsi, 83 ünvanında yerləşən ?Ayna market?də; B.Çobanzadə küçəsi, ev 63 ünvanında yerləşən ?Neptun market?də; Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində ?AB? massivi, B-70 ünvanında yerləşən ?Emin market?də; ?AB? massivində yerləşən ?Bərəkət market?də; ?AB? massivi, bina 127 ünvanında yerləşən ?Günəş market?də; ?D? massivi, ev 12 ünvanında Elşən Mayılova məxsus mağazada; ?V? massivində yerləşən ?Nizami-95 market?də; ?V? massivi, ev 1 ünvanında Loğman Allahverdiyevə məxsus mağazada; S.Cəfərov küçəsi, ev 285 ünvanında yerləşən ?Çənlibel market?də; Lənkəran şəhərində Koroğlu küçəsində İbrahim Fətullayev məxsus mağazada Tərtər rayonunda Nizami küçəsində Röyal Hüseynova məxsus mağazada; Zərdab şəhərində D.Qorqud küçəsində Fərman İsrafilova məxsus mağazada; Ağcabədi şəhərində H.Əliyev prospektində Anar Əliyevə məxsus mağazada; Balakən şəhərində H.Əliyev prospektində Zaur Əskərova məxsus mağazada; ümumi çəkisi 430 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA