Bakıda ????, ???, ?????? verilizi üzrə Dünya çempionatı keçiriləcək

img

26-08-2010 [02:45]


?AtaHoldinq? ASC daima gənclərin intellektual səviyyəsini inkişaf etdirən layihələrin həyata keçirilməsinə dəstək verir. Holdinqin mətbuat xidmətindən verilən məlumata görə, bu layihələrdən biri 6-10 sentyabr tarixlərində AzTV kanalında saat 22.00-da keçiriləcək "Nə, Harada, Nə zaman" (???, ???, ?????) oyunu üzrə Dünya Çempionatı olacaq. Azərbaycan, Rusiya, Ukrayna, Belorus və Gürcüstan yığma komandalarının iştirakı ilə keçiriləcək çempionata ?AtaHoldinq? ASC də sponsorluq edəcək. Bakıda üçüncü dəfə keçiriləcək çempionatda qalib gəlmiş teletamaşaçıların ödənişləri ?AtaBank? ASC tərəfindən aparılacaq. Oyunda birinci qalib gəlmiş teletamaşaçının sualı 100 manat, ikinci qalib gəlmiş sualın müəllifi 200 manat və növbəti qalib gəlmiş sualın müəllifləri əvvəlki məbləğin üzərinə 100 manat əlavə olunmaqla pul mükafatı qazana biləcəklər. Çempionatda komandaya sualları tanınmış və məşhur bilicilər verəcəklər ki, bu da oyunu daha maraqlı edəcək. ?AtaHoldinq? Şirkələr Qrupu çempionada Azərbaycan yığma komandasına uğurlar və qalib olmağı arzulayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA