Saxlama müddəti ötmüz 400 kq ərzaq malları satızdan çıxarılaraq məhv edilib

img

19-08-2010 [05:47]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdən verilən məlumata görə, monitorinq zamanı Bakının Binəqədi rayonunda M.K.Atatürk prospekti, ev 64 ünvanında yerləşən ?İlkin market?də, S.Məmmədova küçəsi, ev 91 ünvanında yerləşən ?Universal market?də, 7-ci mikrorayon, 1260-cı keçiddə yerləşən ?Ruslan market?də, 9-cu mikrorayon, H.Babaşov dairəsində yerləşən ?Ulduzlu market?də, Dərnəgül qəsəbəsində yerləşən ?Tayqa market?də, Ə.Naxçıvani küçəsi, ev 5a ünvanında Ayaz Vəliyevə məxsus mağazada, H.Hüseynov küçəsi, 23B ünvanında yerləşən ?Orxan market?də, Nəsimi rayonunda H.Əliyev küçəsi, 15 ünvanında Dəyanəddin Hadıyevə məxsus mağazada, 3-cü mikrorayon, H.B.Əliyev küçəsi, ev 18 ünvanında yerləşən ?Aləm market?də, Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 72 ünvanında Qadir Yusifova məxsus topdansatış obyektində, Bakıxanov qəsəbəsi, Gənclər küçəsi, 1A ünvanında yerləşən ?Anar market?də, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, ev 1BE ünvanında yerləşən ?Şərur market?də, Bakıxanov qəsəbəsi, keçid 949, ev 76 ünvanında Taryel Quliyevə məxsus topdansatış obyektində, Bakıxanov qəsəbəsi, M.Fətəliyev prospekti, ev 35/1 ünvanında yerləşən ?Nərmin market?də, Ə.Məmmədəliyev küçəsi, 9 ünvanında yerləşən ?Fidan market?də, İmişli rayonunda H.Əliyev prospektində Mərziyyə Cavadovaya məxsus mağazada, Xaçmaz rayonunun Müqtədir qəsəbəsində Nargilə Orucovaya məxsus mağazada, Masallı rayonunun Seybətin kəndində Adəm Yaqubova məxsus mağazada, Bərdə rayonunda Nizami küçəsində Elşən Rüstəmova məxsus mağazada ümumi çəkisi 400 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, balıq və digər dəniz məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA