Parabank kiçik və orta sahibkarlığın inkizafına daim qayğı göstərməkdə davam edir

img

19-08-2010 [04:20]


Yardımlı rayonunda avqustun 13-də İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən tədbir keçirildi. Keçirilən bu tədbirdə Parabankla birgə, ölkəmizin digər bankları da iştrak edirdilər. Keçirilən yarmarkada SKMF-n icraçı direktoru Şirzad Abdullayev, sahibkarlara Parabank-ın və yarmarkada iştrak edan digər bankların üstünlükləri və banklardan kredit alınmasının şərtləri barədə məlumat vermişdir. Parabankın Filiallarla İş və Satış Departamentinin direktoru C. Nağıyev tərəfindən verilən məlumata görə, keçirilən yarmarkada Parabank 5 sahibkara 55 min manat məbləğində vəsait ayırmışdır. Parabank tərəfindən sahibkarlara ayrılan bu vəsait, kənd təsərrüfatının və regionlarda kiçik və orta sahibkarlığın inkişafına töhfə vermək üçün nəzərdə tutulmuşdur. Parabank öz 19 illik bank təcrübəsinə əsaslanaraq bu tip layihələrin dəstəklənməsinə yüksək önəm verir və bu cür tədbirlərdə yaxından və aktiv şəkildə iştirak edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA