10-10-2017 [12:41]
Səxavət Tağlar,
Əməkdar müəllim, yazıçı-publisist, AYB-nin Aran Bölməsinin məsul katibi
*****
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi qayğı yetərincədir. Bu çoxsaylı qayğılardan biri də 19 aprel 2013 ci il tarixdə Mikayıl Cabbarovun təhsil naziri təyin olunmasıdır.
Yeni təyinat və ölkədə dövlətin təhsil siyasətini uğurla həyata keçirməyə məsul olan birinci şəxsə - cənab nazirə verilən səlahiyyət ilk gündən öz sözünü dedi. Uzun illər təhsildə kök salmış neqativ hallar, təmənnalı münasibət, kadr siyasətində tanışlıq və tapşırıq, bazar əhval-ruhiyyəsi, ictimai fikirin nəzərə alınmaması və s. hallara qarşı mübarizə az vaxtda öz nəticələrini göstərdi.
Düzdür, köhnə adət-ənənələrdən əl çəkmək istəməyənlərin uyğunlaşa bilməməsi müəyyən təzadlar yaratdı. Ancaq buna baxmayaraq aparılan çoxşaxəli islahatlar, idarəetmənin yeni forması, maliyyə məsələlərinin regionlaşması, DQ, MİQ və direktor təyinatlarında şəffaf yol seçildi. Kadr məsələsində layiqlilər uğur qazandı, müəllim nüfuzu artmağa başladı. Bir sözlə, yeni baxış və iradə müəllimlərə, onların ailə üzvlərinə sevinc gətirdi. Bütün bunlara görə hörmətli nazirimiz Mikayıl Cabbarova çoxsaylı müəllimlərin böyük məhəbbəti daha da artdı.
Məni bir məsələ düşündürür. Vətəndaş kimi, müəllim kimi, məktəb rəhbəri kimi!
Bu arada deyim ki, yaşadığım ərazidə Ağsaqqalar Şurasının sədri, Əməkdar müəllim və AYB-nin Aran Bölməsi üzrə məsul katibəm. Təhsil prosesinin içindəyəm. Ağsaqqal kimi məsləhət vermək, müəllim kimi söz demək, yazıçı-publisist kimi nəyisə qələmə almaq daxildən gələn bir hissdir.
Son vaxtlar sosial şəbəkədə Elşən Qafarov imzalı şəxsin davamlı olaraq qərəzli şəkildə, təhqiranə, təhsil sisteminə, dövlətin təhsil siyasətinə və onun başında duran birinci şəxsə - hörmətli nazirimiz Mikayıl Cabbarova qarşı söylədiyi fikirlər həqiqətə uyğun deyil. Ona görə də onun "sayıqlamaları” hər bir şərəfli peşə sahibinə toxunur və həqiqəti əks etdirmədiyi üçün onları qəzəbləndirir.
Elşən Qafarov siz kimsiniz?! Və haradan qaynaqlanırsınız ki, Azərbaycan təhsil içtimaİyyətinin sevdiyi və uğurlu fəaliyyətinə dəstək verdiyi bir nazirin ünvanına qərəzlər, böhtanlar yağdırırsınız?!
Təəssüf edirəm! Obyektiv tənqidə hər zaman ehtiyacımız var. Təhsil Nazirliyində sağlam tənqidə, ağıllı fikirlərə indiki qədər önəm verilməyib. İnformasiyanın toplanması, emalı, paylanması və nəzarətə götürülməsi mexanıizimi nə qədər çevik və xoşagələndir. Şikayətlərin dinlənməsində, arayışların alınmasında qərəzsizlik, şəffaflıq mühütü hər kəsi sevindirir. Elşən müəllim, bilməmiş olmazsınız ki, bu uğurlara sevinməyənlər kimlərdir?! Və niyə sevinmirlər?! Bəlkə siz onlara yardımçı olmaq istəyirsizniz?! Olun, eyb etməz!...
...Ölkənin uğurlu təhsil siyasəti ilə işiniz yoxdur, bu siyasətin önündə qürurla dayanan, sevimli nazirmizə "qara yaxmaq”la qaralanmış və qəbul edilməyən simanız bir daha təsdiqlənir.
Bir ağsaqqal kimi deyirəm: Bu yoldan əl çəkin, çoxsaylı müəllim ordusunun qəzəbinə tuş gəlməyin.
Bir müəllim kimi deyirəm: Fikir söyləyəndə, etik norma və qaydalara riayət etmək lazımdır. İstənilin insan haqqında, söbət nazirdən gedirsə bu heç yolverilməzdir ki, şəxsiyyətə qarşı təhqiramiz ifadələr işlədilsin. Belə ifadələr həm də öz kimliyini bəlli etməkdir. Müəllim şərəfi belə halları sevmir. Sözü şərəflə deyin ki, şərəf qazanasınız.
Ədəbiyyat və söz adamı kimi deyirəm: Meydanda təksiniz, obraz yaradırsınız. Nə qədər gec deyil, fikirinizddən daşının. İstəyinizdən asılı olmayaraq kimlərinsə əlində alət olamağınız məsləhət deyil.
Üzümü Azərbaycan müəllimlərinə tuturam: Elşən Qafarov və onun kimi düşüncəyə malik insanların yaratmaq istədikləri şouya uymayın, aydın həqiqətləri dilə gətirin, həqiqətə uyğun olmayan qaranlıq mülahizələrə biganə qalmayın. Belələri içtimai qınaq obyekti olduğunu bilməlidir. Sosial şəbəkələrdə, canlı həyatda belə adamlarla "dostluq”dan qaçın, yazdıqlarını tam oxumadan bəyənməyin.
Təhsilimiz etibarlı əllərdədir, ölkə rəhbəri cənab İlham Əliyevin sonsuz diqqət və qayğısı onun inkişafına bir stimuldur. Yetər ki, birliyimiz olsun və həqiqəti deyək!
"Ayaks" yapon müdafiəçisi ilə anlaşdı
Balakəndə ağır qəza: ölən və xəsarət alanlar var
İsrail İordan çayının Qərb Sahilində 531 hektar torpağı ələ keçirib
Milyonlarla izləyicisi olan tiktoker canına qıyıb - Səbəb gizlədilir
Şagirdlərin fərdi inkişaf trayektoriyası real vaxtda necə formalaşır? - Vahid Tağıyev yazır
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Qəzza yenidən bombalanıb: ölənər var
Ərdoğan iki ölkəyə xəbərdarlıq etdi: "Qara dənizdə Türk gəmilərinin vurulması...." - Türkiyə lideri Ermənistanla əlaqədən də söz açdı
Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ərdoğanın silahdaşı aparıcılar haqda elə iddia irəli sürdü ki... - "Onlardan daha betəri var, əgər cinayət işi açılmazsa..."
Mürvət Həsənli İctimai Şuranın sədri oldu - KTN-də...
"Evdən iş" forması - Yeni qanun parlamentdə ilk oxunuşdan keçdi
Nərimanovda dərəbəylikdir - Şirkət sakinlərin istilik, elektrik və qaz xətlərini kəsib
Hakan Fidan ABŞ səfiri ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Volkan Dəmirəl istefaya göndərildi - Yeni təyinat oldu
General-mayor vəzifəsindən azad olunub
Mərc oyunları reklamı qadağan olunacaq - Türkiyədə
Prezident İlham Əliyev amnistiya elan edib - Nə qədər məhkum azad olunacaq? (YENİLƏNİB)
Azərbaycan və Türkiyə arasında yeni anlaşma: nələr olacaq? - TƏHLİL
Cəmil Həsənli növbəti dəfə istintaqa çağırıldı
Xətaidə pirotexniki vasitə satan şəxs saxlanıldı
Deputatlar bu tarixdə toplanacaq
"Fənərbağşa"dan ayrılan məşhur hücumçu yeni kluba keçir
Qənimət Zahidə ittiham aktı elan olunub - Məhkəmə prosesi
Deputat: "Ət ala bilməyən minlərlə ailə var, şadlıq evlərində isə tonlara kabab zibilə atılır"
Vergi Məcəlləsinə dəyişiklik olunub - DETALLAR
Bu xidmətlərdən dövlət rüsumu tutulmayacaq - Yeni qanun
Xocalının daha iki kəndinə köç olub
Sabah yağış yağacaq
Tramp BBC-dən 5 milyard dollar tələb edir - Məhkəmə qəlmaqalı
İrandan Azərbaycana 31 kq narkotik keçirənlər saxlanılıb
Generalın yerinə polkovnik təyin olunacaq? - Yeni iddia yayıldı
İndoneziyada fəlakət: hələ də 206 nəfəri cəsədi axtarılır
Azərbaycan və Türkiyə arasında daha bir Anlaşma ratifikasiya edilib
Partiya sədri: "...niyə onların sürücü və katibəsi olmalıdır?" - "Belə bir sistemə keçsək, məmurların bir çoxu acından oboy yeyər..."
Pakistanda zəlzələ - 5.2 bal gücündə
Meksikada təyyarə qəzaya düşüb - Ölənlər var, itkin düşənlər var