Əli Abbasov: "Son altı il ərzində iKT sektorunda əldə olunan gəlirlərin həcmi 4,4 dəfə artmızdır"

img

18-08-2010 [03:50]


?Ölkə iqtisadiyyatında qeydə alınan uzunmüddətli iqtisadi artımı fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən İKT-nin ölkəmizdə tətbiqinin prioritet məsələ elan edilməsi və eləcə də sektorun inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramlarının və həyata keçirilən irimiqyaslı layihələrin uğurla yerinə yetirilməsi nəticəsində bu gün ölkədə İKT sektorunun 25-30% orta illik artım tempinə nail olunub. Nəticədə son 6 il ərzində sektorda əldə olunan gəlirlərin həcmi 4,4 dəfə artmışdır?. Bu fikirləri YAP-ın rəsmi saytına müsahibəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Ə.Abbasov bildirib ki, daim texnoloji yeniliklərlə və gündəlik ictimai həyatda artan tələbatla müşayiət olunan İKT sektorunda həm yeni xidmət növlərinin yaradılması, həm də mövcud xidmətlərin həcminin genişlənməsi hesabına yaradılmış əlavə dəyərin həcmi dəfələrlə artıb. Bunun da nəticəsində qeyri-neft sektorunda İKT-nin payı 2008-ci ildəki 4.2%-dən 4.4% -ə yüksəlmişdir. Nazir qeyd edib ki, görülmüş tədbirlər nəticəsində informasiya və kommunikasiya infrastrukturu dəfələrlə genişləndirilmiş, müasir xidmətlərin verilməsinə və bəzi İKT məhsullarının ixrac edilməsinə başlanılmışdır. Təsadüfi deyildir ki, bu sahədə əldə olunan nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. ?Azərbaycanın İKT sahəsində əldə etdiyi nailiyyətlər, ölkəmizin coğrafi mövqeyi, qazandığı nüfuz və iqtisadi-siyasi potensialı imkan verir ki, İKT sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş məqsədlərə nail olunsun, yerli və regional əhəmiyyətli layihələr həyata keçirilsin. Belə layihələrə ?Regional İnnovasiya Zonasının?, ?Trans-Avrasiya Super İnformasiya Magistralı?nın yaradılması, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, rəqəmsal yayım sisteminə keçid, elektron hökumətin formalaşdırılmasını aid etmək olar? deyə Ə.Abbasov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA