Parabank filial zəbəkəsini genizləndirməyi planlazdırır

img

18-08-2010 [11:12]


Parabankın məqsədlərindən biri də ölkənin bütün regionlarında və paytaxtda filial və şöbələrdən ibarət xidmət şəbəkəsini artırmaqdır. Beləliklə, bu gün ?Parabank? ASC respublikanın regionlarında-8, Bakı şəhərində isə 9 filialı vasitəsilə göstərdiyi xidmətlərin həcmini və coğrafiyasını müvəffəqiyyətlə genişləndirməkdə davam edir. Parabank filial şəbəkəsinin genişlədirilməsi planının uzunmüddətli strategiyasına uyğun olaraq bir neçə filialların açılışını planlaşdırır. Yuxarıda qeyd olanları nəzərə alaraq Parabank Lənkəran şəhərində, İmişli və Şəki rayonlarının mərkəzilərində Bank filialına uyğun olan ofis axtarır. Bu filiallarda fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri - hesablaşma-kassa xidmətləri, sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən biznes kreditlərinin verilməsi, Bank kartları, mobil rabitə operatorlarının və kommunal xidmətlərinin ödənilməsi, bank daxili köçürmələr, ?Western Union?, ?Privat Money?, ?Bıstraya poçta?, ?Caspian Money Transfer?, ?Aziya Ekspress?, ?Zolotaya Korona? kimi beynəlxalq sistemlər vasitəsilə sürətli pulköçürmələri və s. xidmətlər təqdim ediləcəkdir. Təkliflərinizi Filialların İdarə Edilməsi və Satış departamentinin direktoru Cəlal Nağıyevin elektron ünvanına göndərə bilərsiniz - jalal.nagiyev@parabank.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA