Debitor borcu olanların elektrik enerjisi təchizatı dayandırılacaq

img

17-08-2010 [11:28]


Ödəniş müddəti keçən, həmçinin ?Bakıelektrikşəbəkə? ASC-nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı bu gün saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Cəmiyyətin mətbuat xidmətindən verilən məlumata görə, ?Bakıelektrikşəbəkə? ASC abonentlərdən istifadə etdikləri elektrik enerjisinə görə yaranmış borclarını tam şəkildə ödənilməsini xahiş edir. Artıq borclu abonentlərə müvafiq xəbərdarlıq bildirişləri göndərilib. Qeyd edək ki, son günlər havaların normadan artıq isti keçməsi ilə əlaqədar olaraq abonentlərin soyuducu vasitələrdən fasiləsiz istifadə etməsi şəbəkələrin ifrat yüklənməsinə səbəb olur. Ancaq bəzi abonentlərin istifadə etdikləri elektrik enerjisi haqqını vaxtında ödəməməsi şəbəkənin işində müəyyən çətinliklər yaradır. Borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA