?Bank Standard? qızıl və platinum kart sahiblərinə unikal xidmət tətbiq etməyə bazladı

img

16-08-2010 [11:50]


Öz xüsusiyyətlərinə görə xarici analoqlardan daha üstün olan bu xidmətin adı ?Təcili pul yardımı?dır. ?Bank Standard? tərəfindən göstərilən ?Təcili pul yardımı? xidməti ölkədə ilk belə xidmət növüdür. ?Gold? və ?Platinum? plastik kart sahibləri üçün nəzərdə tutulan bu xidmət sayəsində ölkə xaricində kartını itirmiş və ya oğurlanmış müştərilər ?Bank Standard?dan yardım alacaqlar. Belə ki, plastik kartın itirildiyi və ya oğurlandığı halda müştərinin kart üzrə qalığı onun ilk müraciəti əsasında ?Western Union? təcili pul köçürmə sistemi vasitəsilə olduğu ölkəyə göndəriləcək. Bu xidmətdən istifadə etmək üçün müştərilərdən bankın məlumat mərkəzinin (+994 12) 158 nömrəli telefonuna zəng etmək xahiş olunur. Operator tərəfindən verilən suallara cavab verdikdən sonra müştərinin köçürməsi bank tərəfindən icra edilir və müştəri ilə əlaqə saxlanılaraq ona sistem üzrə köçürmə kodu verilir. Köçürülən pulu müştəri həmin kod vasitəsilə nağd olaraq ?Western Union? sisteminin istənilən xidmət məntəqəsindən ala bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA