Ziyad Səmədzadə: ?investisiya fondları haqqında? yeni qanun investisiya fondlarının inkizafında mühüm rol oynayacaq

img

12-08-2010 [11:17]


?İnvestisiya fondları haqqında? yeni qanun layihəsi hazırlanmışdır. Qanunun qəbulu investisiya fondlarının inkişafında mühüm rol oynayacaq. Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyibki, bu qanun ölkəmizdə investisiya fondlarının təşkili, idarə və ləğv edilməsinin prinsiplərini, qaydalarını, normalarını, eləcə də qeyd olunan fondların fəaliyyəti sahəsində dövlət tənzimlənməsinin, nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Z.Səmədzadə bildirmişdir ki, ?İnvestisiya fondları haqqında? 1999-cu ildə qəbul olunmuş qanun bu günün tələblərinə cavab vermir. Ötən dövr ərzində Azərbaycanın qiymətli kağızlar, fond bazarı xeyli inkişaf etmişdir, ona görə də həmin qanun müasir bazarda hüquqi çərçivəni tam təmin edə bilmir. Qanunda olan boşluqlar proseslərin daha dinamik inkişafına imkan vermir. Mövcud boşluqların aradan qaldırılması üçün hazırlanmış ?İnvestisiya fondları haqqında? yeni qanun layihəsi artıq Milli Məclisə təqdim olunmuşdur. Olduqca yüksək səviyyədə hazırlanmış bu qanun layihəsinin qəbulu iqtisadiyyatın şaxələndirilməsi prosesinə öz töhfəsini verəcək, digər məsələlərin həllinə səbəb olacaqdır. Azərbaycanda fond bazarının inkişafı iqtisadiyyatın şaxələndirilməsinə müsbət təsir göstərəcəkdir. Komitə sədrinin sözlərinə görə, bu qanun layihəsi hazırlanarkən 30-dan çox ölkənin təcrübəsi öyrənilmişdir. Qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirə olunacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA