Azərbaycan hökuməti DB ilə 241,6 milyon dollar kredit ayrılması barədə sazizmüqavilə imzalayıb

img

11-08-2010 [04:13]


Bu gün Azərbaycan hökuməti ilə Dünya Bankı arasında Bakı-Şamaxı yolunun genişləndirilməsinə 241,6 milyon dollar kredit ayrılması barədə saziş imzalanıb. Nəqliyyat naziri Ziya Məmmədov və Dünya Bankının Azərbaycan üzrə meneceri Cozef Ouenin imzaladığı sənədə əsasən, həmin vəsaitin 70 milyon dolları Beynəlxalq İnkişaf Assosiasiyasının xətti ilə, ilk 10 ili güzəştli olmaqla 20 il müddətinə ayrılacaq. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı isə layihəyə ilk 4 ili güzəştli olmaqla 17 il müddətinə 171,6 milyon dollar ayrıcaq. Ümumiyyətlə isə Bakı-Şamaxı yolunun genişləndirilməsi layihəsinin dəyəri 302 milyon dollardır ki, bunun da 60 milyon dolları Azərbaycan hökumətinin payına düşəcək. Layihə yolun 2 zolaqdan 4 zolağa qədər genişləndirilməsi yolu ilə onun təhlükəsizliyinin və səmərəliliyinin artırılmasını nəzərdə tutur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA