?visa günləri? lotereya aksiyası çərçivəsində mükafatların ikinci tirajı keçirildi

img

10-08-2010 [04:22]


Bu gün ?Unibank? yay aylarında ?VİSA? plastik kartlarının bütün sahibləri üçün keçirdiyi ?VİSA günləri? lotereya aksiyası çərçivəsində mükafatların ikinci tirajını keçirdi. Türkiyə birinci turun sahibi daxil olmaqla, bütün qaliblər avqustun 10-da, müstəqil müşahidəçilər, jurnalistlər və Bankın müştərilərindən təşkil olunan lotereya komissiyasının iştirakı ilə müəyyən edildilər. Seçim Bankın Baş ofisində, iyul ayının 15-dən avqustun 10-dək bankomatlar, POS-terminallar və İnternet vasitəsilə 46 minə yaxın əməliyyat yerinə yetirmiş 1422 ?VİSA? kart sahibləri arasında aparılmışdır. Bu zaman ən azı 20 AZN/USD/EUR/GBP məbləğində olan hər bir əməliyyat ?Unibank? tərəfindən uduş üçün bir şans kimi qiymətləndirilmiş, mükafatların sahibləri isə təsadüfi kompüter seçimi üsulu ilə təyin edilmişlər. İlk növbədə komissiyanın üzvləri ?Canon A490? markalı rəqəmsal fotokameraların üç sahibini müəyyən etmişlər. Bunlar, ?VİSA? kartlarından fəal surətdə iştifadə edən M.Dunkan, C.Şıxaliyev və R.Vəliyev olmuşlar. Daha sonra, aksiyanın iştirakçıları arasında üç ədəd ?I-pod? musiqi pleyerlərinin oynanılmışdır ki, onlar T.Orucova, O.Maksimovaya və F.Əliyevaya nəsib olmuşlar. ?VİSA günləri? aksiyasının ikinci tirajının nəticələrinə görə Türkiyəyə bir həftəlik turun sahibi isə Bankın müştərisi S.Qudçayld olmuşdur. Tirajın yekunları Bank tərəfindən kütləvi informasiya vasitələrində dərc ediləcəklər. Azərbaycan Respublikasının Qiymətli kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş lotereyanın şərtlərinə görə, ?VİSA günləri? kampaniyası çərçivəsində mükafatların növbəti tirajı sentyabrın 1-də keçiriləcəkdir. Xatrırladaq ki, lotereya aksiyasında ?Unibank?ın emissiya etdiyi bütün fərdi ?VİSA? kartlarının sahibləri (Bank əməkdaşlarının kartları istisna olmaqla) iştirak edə bilərlər. Onu da qeyd etmək lazımdır ki, hər bir plastik kart sahibi ?Unibank?da endirimlər klubunun (buraya müxtəlif markalı onlarla ticarət və pərakəndə satış məntəqələri, restoran, gözəllik salonu, ətriyyat və digər mağazalar daxildir) iştirakçısına çevrilir. Bankın güzəşt proqramları, ?VİSA günləri? kampaniyasının şərtləri və ?Unibank?da plastik kartların sifarişi üzrə əlavə məlumatı (012) 117 nömrəli telefona zəng vurmaqla əldə edə bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA