?Aysu? su və zirələri zay çıxdı

img

10-08-2010 [11:31]


Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Sumqayıt şosesi, 13-cü km-də yerləşən ?Aysu Qida Sənaye LTD? MMC-də aparılan yoxlama zamanı müəssisənin anbarındakı məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Nazirliyin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində müəssisədə istehsal edilmiş ?Aysu? əmtəə nişanlı şəkərli sərinləşdirici içkilərin etiketlərində məhsulun tərkibi barəsində düzgün olmayan məlumatların yerləşdirildiyi, bununla da istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verildiyi müəyyən edilib. Belə ki, müəssisədə istehsal edilmiş ?Aysu? əmtəə nişanlı qazlı limon, albalı və şaftalı içkilərinin, ?Aysu? əmtəə nişanlı kvasın, ?Frutta? adlı qazlı tərxun, düşes və portağal aromalı içkilərin etiketlərində məhsulun tərkibində şəkər olduğu göstərilsə də, götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində həmin məhsulların şəkər əvəzedicisi ilə hazırlandığı müəyyən edilib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ?Aysu Qida Sənaye LTD? MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlə bağlı araşdırmalarını davam etdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA