Yararsız 9 min litr sərinləzdirici içki məhv edildi

img

06-08-2010 [04:55]


Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Məhəmmədli qəsəbəsində Rauf Novruzova məxsus istehsalat sahəsində istehsal edilən ?Golden Graal? limonad, nektar, şirə və qazlı sularından nümunələr götürülərək laborator müayinəyə göndərilib. Nazirliyin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, bu nümunələrin laborator müayinəsi nəticəsində ?Golden Graal? şaftalı və albalı nektar və şirələrində quru maddənin və titirlənən turşuların kütlə payının normadan az, ?Golden Graal? düşes, tərxun, qızılgül limonadlarında və qazlı sularda bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koli-indeks) miqdarının normadan çox olduğu və bu məhsulların istifadə üçün yararsız olduğu müəyyən edilib. Qeyd olunanlarla əlaqədar, Dövlət Xidməti tərəfindən müəssisənin anbarında satışı dayandırılmış 8,5 min litr limonad, nektar, şirə və qazlı suların, mənşəyi bəlli olmayan 0,5 min litr saxta qazsız suların məhv edilməsi, eyni zamanda limonad, nektar, şirə və qazlı suların istehsalının təxirə salınmadan dayandırılması barədə Rauf Novruzova icrası məcburi göstəriş verilib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olan ?Golden Graal? limonad, nektar, şirə və qazlı sularını almamağı tövsiyə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA