Parabank 500 min manata qədər vəsaitin sahibkarlara verilməsini planlazdırır

img

04-08-2010 [03:34]


30 Iyun 2010-cu il tarixində Masallı rayonunda, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən növbəti tədbir keçirilib. Tədbirdə Parabankın Xəzinədarlıq Departamentinin direktoru E.Ağayev iştrak edib. E.Ağayev tərəfindən verilən məlumata əsasən, ümumilikdə tədbirdə 8 sahibkarın investisiya layihəsi maliyyələşdirilmişdir. Bunlardan ət və süd məhsullarının istehsalı, plastik qapı və pəncərə, mebel istehsalı yönümlü investisiya layihələri üstünlük təşkil etmişdir. Ümumilikdə, Masallıda keçirilən tədbirdə sahibkarlara bütün bu investisiya layihələrini həyata keçirmək üçün Parabank 85 min manat məbləğində vəsait ayırıb. Növbəti aylarda Yardımlı, Gədəbəy, Qusarda keçiriləcək bu cür tədbirlərdə ümumilikdə 500 min manata qədər vəsaitin sahibkarlara verilməsi planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA